Filippin rəsmiləri deyib ki, bu il ölkədə baş verən ən güclü Bopha qasırğası nəticəsində ölənlərin sayı 200 nəfərdən artıqdır. Qasırğa nəticəsində onlarla insan itkin düşüb.
Xilasetmək dəstələri bu gün qasırğaya məruz qalmış ərazilərə daxil olmağa çalışıb. Qasırğadan zərər çəkmiş ərazilərdən Filippinin cənubuna doğru əsən küləyin sürətinin saatda 160 kilometr olduğu deyilir. Ölənlərin çoxu qasırğanın ən çox zərər vurduğu mədən sənayesinin mərkəzi sayılan vilayətindən olub. Sahil bölgəsində yerləşən Davao Oriental vilayətində isə onlarla insan daşqınlar nəticəsində həlak olub. Xilas olanların ərzaq qıtlığı və sığınacaq problemlərilə qarşılaşdığı deyilir.
Hərbiçilər vertolyotların köməyi ilə elektrikin kəslməsi, yolların və körpülərin dağılması nəticəsində təcrid olunmuş bölgələrə yardım və avadanlıq çatdırıb.