Accessibility links

ABŞ Filippinə Moderna peyvəndi göndərib


Ağ Ev cümə günü bildirib ki, Amerika Birləşmiş Ştatları Filippinə 3 milyon dozada Moderna COVID-19 peyvəndi göndərir.

Ağ Ev rəsmisi jurnalistlərə göndərmə prosesinin cümə günü başladığını və dozaların "gələn həftənin əvvəlində" oraya çatacağını qeyd edib.
Rəsminin sözlərinə görə, ABŞ bu yardımı dünya boyu COVID-19 peyvəndinə ədalətli girişi təmin edən COVAX proqramı vasitəsilə həyata keçirir.

Ağ Evin rəsmi nümayəndəsi ABŞ-ın Filippinə peyvənd göndərməsinin "özündə heç bir şərt ehtiva etmədiyini", bunun yalnız "mənəvi baxımdan, qlobal ictimai sağlamlıq baxımından və kollektiv təhlükəsizli və rifah baxımından doğru olduğunu” bildirib.

Sözügedən rəsminin sözlərinə görə, ABŞ COVAX-a 2 milyard dollar yardım ayırıb və bu il Afrika Birliyinin 55 üzvü və COVAX tərəfindən təyin edildiyi kimi "92 aşağı və aşağı-orta gəlirli ölkəyə" 500 milyon doza Pfizer-BioNTech peyvəndi paylayacaq.

Ağ Evin Filippinə dozalar verməsi ilə bağlı elanı Filippin Prezidenti Rodriqo Dutertenin ABŞ -la müdafiə sənayesinin ləğvi qərarını dəyişdiyi gün baş tutub. Bundan sonra Müdafiə naziri Lloyd Ostin cümə günü ölkəyə səfərinə yekun vurub.

Müqavilə ABŞ hərbi qüvvələrinin Filippinə rotasiyalı gediş-gəlişini nizamlayır və döyüş təlimləri keçirir.

Müqavilə ABŞ və müttəfiqləri üçün getdikcə daha da aqressivləşən Çinə qarşı da böyük əhəmiyyət kəsb edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG