Accessibility links

Filippində qasırğa Milad günü on minlərlə insanın evini tərk etməsinə səbəb olub


Filippin xilasediciləri keçən həftə baş verən qasırğadan sonra itkin düşən insanların axtarışını davam etdirir. Bu günə qədər olan məlumata görə, qasırğa nəticəsində ölənlərin sayı 200 nəfərə yaxındır.

Tembin tropik qasırğası ilə gələn yağışların davam etməsi və yaranan daşqınlar nəticəsində Mindanao adasındakı körpülərlə yolların yararsız vəziyyətə düşməsi səbəbindən xilasetmə əməliyyatları yavaşlayıb.

Fövqəladə hallar rəsmiləri bildiriblər ki, Filippinin cənub ərazilərində 70 000-ə yaxın insan evlərini tərk etməyə məcbur olub. Əlavə olunur ki, sakinlərin çoxu güclü qasırğanın gəlişi və təxliyə xəbərdarlıqlarına məhəl qoymayıb.

Filippində hər il təxminən 20-yə yaxın qasırğa olur və onların bəziləri ilin sonuna təsadüf edir.

2013-cü ilin noyabr ayında baş verən Haiyan qasırğası tarixdə ən ölümcül tropik qasırğa hesab edilir. Filippində Yolanda adı ilə tanınan həmin qasırğa 7800 insanın ölümünə səbəb olub.

Filippinin hava agentliyi bildirir ki, son 65 ildə ölkə baş verən qasırğaların yeddisi Milad günlərinə təsadüf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG