Accessibility links

Filippində qəzaya uğrayan 3 qayıqdakı insanlardan 25-i ölüb, 6 nəfər itkin düşüb


Bazar günü Filippinin iki vilayətində pis hava şəraiti səbəbi ilə qəzaya uğrayan 3 qayıqdakı insanlardan 25-i ölüb, 6 nəfər itkin düşüb.

Polisin bildirdiyinə görə, insanların ölümünə küləyin yaratdığı güclü dalğalar səbəbi ilə qayığın aşması yol açıb. 55 nəfər və qayıq heyəti xilas edilib.

3-cü qayıqda sərnişin olmayıb. 4 qayıq heyəti xilas edilib.

Xilas olanlar yolun yarısında qaranlıq çökdüyünü, güclü külək və yağışın qayıqları aşırdığını bildirib.

Rəsmilər 3-cü qayığın iki qayığın aşmasından sonra niyə suya çıxdığını müəyyən etməyə çalışır.

Sinoptiklər ağlr yağışlar barədə xəbərdarlıq yaymışdı.

Filippində hər il 20-yə yaxın qasırğa baş verir.

XS
SM
MD
LG