Rəsmilərin dediyinə görə, bazar günü hərbi personalı daşıyan Filippin hərbi təyyarəsinin ölkənin cənubundakı uçuş zolağını itirdikdən sonra qəzaya uğraması və alovlanması nəticəsində 45 nəfər ölüb və 50 nəfər yaralanıb.
Əksəriyyəti yeni ordu məzunları olmaqla, təxminən 100 nəfər günortaya yaxın Sulu vilayətindəki Jolo adasına enməyə çalışan C-130 Hercules nəqliyyat təyyarəsində olub. Bəzi əsgərlər təyyarənin yerə dəymədən və alovlanmağa başlamadan əvvəl təyyarədən tullanıb.
Bunu Birgə İşçi Qüvvələrinin komandiri general-mayor Villiam Qonzales bildirib.
Bu, ölkənin ən ölümcül hərbi aviasiya qəzalarındandır. Qonzales açıqlamasında "bu gün kədərli bir gündür, amma ümidli qalmalıyıq" deyib.
İtkin düşən 17 nəfərin axtarışı davam edir.
Yerli media Pondohan TV-nin Facebook səhifəsində yayımladığı vidoda dağıntıların alova büründüyü və ərazinin yaxınlığında yerləşən evlərin üstündən qalın qara tüstü görünür.
Silahlı Qüvvələrin Baş Komandanı General Cirilito Sobejana təyyarənin cənubdakı Mindanao adasındakı Cagayan de Orodan qoşunları daşıdığını və Joloya enməyə çalışarkən eniş zolağını tapmadığını deyib. O, yerli mediaya verdiyi açıqlamada təyyarənin gücünü bərpa etməyə çalışdığını, ancaq bacarmadığını deyib.
Birinci leytenant Cerrica Angela Manonqdo dörd mühərrikli təyyarənin insanların az məskunlaşdığı bir ərazidə qəzaya uğradığını bildirib.
Hava Qüvvələrinin sözçüsü polkovnik-leytenant Maynard Mariano qəzanın səbəbinin araşdırılacağını deyib.