Accessibility links

Filippin qoşunları üsyançılara qarşı əməliyyat keçirib


Filippin qoşunları evbəev reydlər keçirərək, cənubda mühüm şəhərlərin müəyyən hissələrinə nəzarəti ələ alan üsyançıların qarşısını almağa çalışır.

Moro Milli Müstəqillik Cəbhəsi ilə əlaqədar təxminən 200 döyüşçü 10 gün əvvəl Zamboanqa şəhərinin bir hissəsini ələ keçirib, mülki vətəndaşları girov götürüb.

Ən şiddətli döyüşlər cənubda Mindanao adasında aparılıb. 10 illərdir davam edən gərginlik təxminən 120 min insanın ölümünə səbəb olub.

Hərbi qüvvələr 86 üsyançını öldürdüyünü, onlarla döyüşçünün həbs edildiyini deyib. Döyüşlər zamanı azı 11 əsgər və dörd mülki vətəndaş öldürülüb. Təxminən 100 min adam evlərindən didərgin düşüb.

Hərbçilər yerdə qalan 30-40 üsyançını təslim olmağa çağırıb, əks təqdirdə onların əməliyyat zamanı öldürüləcəklərini deyib.
XS
SM
MD
LG