Accessibility links

Filippinin əlavə yardıma ehtiyacı var


Güclü tufandan sonra beynəlxalq və yerli yardım agentliklərinin səyləri Filippinin cənub Mindanao adasına səfərbər edilib. 600 adamın ölümü ilə nəticələnən təbii fəlakət 5.4 milyon insanı təsirinə məruz qoyub. 800 adam hələ də itkindir.

Tufanın infrastruktur və kənd təsərrüfatına vurduğu ziyan 150 milyon dollarla ölçülür. BMT-nin təbii fəlakət və dəyərləndirmə komandası tufanın ən ağır təsirinə məruz qalan bölgələrə səfər edib.

Təşkilat Fillipinə ərzaq, sığınacaq elektrik generatorları və su əldə edilməsi üçün əlavə yardıma ehtiyac olduğunu bildirir.
XS
SM
MD
LG