Paytaxt Manila da daxil olmaqla, Filippinin əsas adası tropik siklon xəbərdarlığı altındadır və tufanın adanı bazar ertəsindən çərşənbə axşamına keçən gecədən başlayaraq vuracağı gözlənilir.
Hökumət orqanları minlərlə insana yaşadığı həssas sahil bölgələrini boşaltmalarını tövsiyə edib. Ən pis hava şəraitinin arxipelaqın insanların ən sıx məskunlaşdığı cənub-şərq adası Luzonda olacağı proqnozlaşdırılıb.
Rəsmilər Manilanın Ninoy Aquino beynəlxalq hava limanının bazar ertəsi səhər saat 11-dən çərşənbə axşamı gecə saat 11-ə qədər bağlı olacağını elan edib.
Filippin sinoptikləri Kammuri (Tisoy da deyilir) tufanı zamanı küləyin maksimal sürətinin saatda 150 mertə, bazar ertəsi günortadan sonra isə saatda 185 metrə çatacağını bildirib.
Filippin Atmosfer, Geo-fizika və Astronomik Xidmətlər İdarəsinin məlumatında Albay vilayətinin Samar və Leyte adalarını güclü sel basacağı, Luzonun qərbindəki Manila şəhəri bölgəsində çərşənbə günü güclü yağışlar yağacağı bildirilib.