Accessibility links

Amerikanın Film Bunkeri [Video]


Amerikanın Film Bunkeri
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Vaxtilə Birləşmiş Ştatlar hokumətinin nüvə müharibəsi baş verdiyi halda istifadə ediləcəyi nəzərdə tutulan bunkerindən hazırda xoşməramlı məqsədlər üçün istifadə edilir. Vaşinqton şəhəri yaxınlığında yerləşən bu bunkerdə Amerikanın əyləncə tarixinin ən gözəl nümunələri saxlanır.

Virciniya ştatında yerləşən Kolpepper daha çox kəndə bənzəyir. Bura soyuq müharibə dövrü sığınacaq üçün mükəmməl bir yer hesab edilirdi. Lakin hazırda burada Konqres Kitabxanasına məxsus “Milli Audio-Vizual Mərkəz” yerləşir. Son on il ərzində bu kitabxana altı milyondan çox film, televiziya şousu və audio proqramları toplayıb.

Kino həvəskarı Corc Uilleman bu bunkerdə böyük məmnuniyyətlə işləyir. 30 ildən çoxdur Konqres Kitabxanasında çalışan Uilleman son 10 ildir yerin altındakı bu bunkerdə işləyir. Burada pəncərə yoxdur, bunun əvəzində divarlar Corc Uillemanın sevimli film plakatları ilə bəzədilib. Vorc Uilleman: “Mənim ən çox sevdiyim film “Sunrise”dır. Film buradadır. Bu, son səssiz filmdir və ən gözəl filmlərdəndir.”

Corc üçün bu təkcə iş deyil. “Mən səssiz filmləri həmişə sevmişəm. Burada isə mən dünyanın ən böyük səssiz filmlər kolleksiyası ilə işləyirəm. Bəzən düşünürəm ki, yəqin bu təsadüf deyil, yəqin belə olmalı imiş.”

Tamaşa edildikdən və rəqəmsal sistemə keçirildikdən sonra filmlər aşağı temperaturlu arxivlərə göndərilir. Çox sayda film isti və rütubət səbəbindən sıradan çıxıb. Lakin filmlərin çoxu yaxşı vəziyyətdədir. “The Great Train Robbery” kimi bəzi filmlərin yüzdən çox yaşı var. Lakin burada “Hangover” kimi arxivləşdiriləcək yeni filmlər də var.

Corc siyahıya hər gün yeni film əlavə edir.Burada vestern, elmi və tədris filmləri kimi müxtəlif filmlər var. Burada hətta pornoqrafiya filmləri də var. Bunlara baxılmasa da biz bunları saxlamalıyıq, bu bizim tariximizdir. Bu, kino tarixidir.”

Doğrudan da Amerikanı onun blokbasterləri, romantik komediyaları və trillerləri olmadan təsəvvür etmək çətindir. Hollivud isə dünya kinosunun və Amerika mədəniyyətinin simvolu olaraq qalır. Və bunları qoruyub saxlamaq vacib bir missiyadır.

XS
SM
MD
LG