Accessibility links

"FilmFest DC" Vaşinqtonda [Video]


"FilmFest DC" Vaşinqtonda
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Artıq 30 ildən çoxdur Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda keçirilən “FilmFest DC” festivalına dünyanın hər yerindən müzakirələrə və mübahisələrə səbəb olan filmlər gətirilir. Bu bahar 31-ci ildönümünü qeyd edən festival özü ilə 80 seçilmiş film gətirib.

Paytaxt Vaşinqtonda siyasətlə mədəniyyət bir aradadır. Buna görə də burada keçirilən film festivalında sosial və siyasi filmlərin yer alması təəccüblü deyil. Vaşinqtonda Beynəlxalq Film Festivalının təsisçisi və direktoru Toni Gittns Amerikanın Səsinə builki festivaldan danışıb. “Bu filmlərdə əsasən yeni prezident administrasiyasının diqqət mərkəzində olan məsələlər işıqlandırılır. Bunlar mühacirət, tədris, media azadlığı, siyasətçilərin oyunlarından danışan filmlərdir.”

Toni Gittnsın seçdiyi filmlər arasında Kanada rejissoru Fred Pibodinin “Bütün hökumətlər aldadır” filmi də yer alır. Bu filmdə müstəqil jurnalizmin demokratiya və həqiqətin qorunmasındakı rolundan danışılır. Digər diqqətəlayiq filmlərdən biri isə bolqar rejissoru Tonislav Hristovun “The Good Postman” – “Yaxşı poçtalyon” sənədli filmidir.

Toni Gittns: “Bu, kiçik qəsəbədə insanların necə yaşadığını və onların suriyalı qaçqınların ölkədə sığınmasından sonra onların yeni həyata alışması haqdadır. Onları bunun iqtisaiyyata yardım edəcəyi və ya ziyan vuracağı düşündürür. Burda Avropa və Amerikanın üzləşdiyi reallıqdan söz açılır.”

Festival eləcə də, dogma yurdlarından köçkün düşən etnik icmaların sosial və mədəni həyatlarından bəhs edən filmlər də təqdim edir. Buna misal rejissor Stefan Strekerin “Toy” filmini göstərmək olar. Bu filmdə Fransada yaşayan Pakistan ailəsinin həyatından danışılır. Film ailə üçün faciə ilə, qızlardan birinin ənənədən uzaqlaşaraq, yeni həyat yolu seçməsi ilə başa çatır.

Festivalın təsiredici filmlərindən biri də “İnsan” filmidir. Fotoqraf və rejissor Yan Artur-Bertrand bu valehedici filmində müxtəlif təbəqələrdən olan insanların həyatından, dünya landşaftından və insanın buna münasibətındən danışır. “Bu filmdə bütün dünyadan, planetdən, ətraf mühitdən, insanların sosial, iqtisadi ehtiyaclarından və maraqlarından söhbət açılır. Burada biziim nə qədər müxtəlif, eyni zamanda oxşar olduğumuzu görmək olur” deyə, Toni Gittns bildirir.

Toni Gittns intellektual və siyasi baxımdan tələbkar olan vaşinqtonlular üçün film seçməyin o qədər də asan olmadığını, lakin onun seçdiyi filmlərin həmişə yüksək qiymətləndirildiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG