Accessibility links

Bakıda II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək


Bakıda II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
Bakıda II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Festivala film qəbulu artıq yekunlaşıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 25-29-da tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Nazirliyin məlumatına görə festivala film qəbulu artıq yekunlaşıb.

Seçim komissiyasına ümumilikdə 58 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Argentina, Avstriya, Banqladeş, Belçika, Böyük Britaniya, Çexiya, Çili, CAR, Avstraliya, Fransa, Hindistan, Xorvatiya, İspaniya, Kolumbiya, Meksika, Niderland, Portuqaliya, Rusiya, İtaliya, Türkiyə, Ukrayna, Uruqvay, Yunanıstan və s.) 405 film daxil olub.

Müsabiqə üçün seçilən filmlər 6 kateqoriya üzrə yarışacaqlar.
Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.

I yerə Qızıl mükafat - diplom, mükafat və 2000 avro pul vəsaiti
II yerə Gümüş mükafat - diplom və mükafat
III yerə Bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" - diplom, mükafat və 4000 avro məbləğində pul vəsaiti ilə mükafatlandırılacaq.
Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 50-ə yaxın qonağın dəvət olunması nəzərdə tutulur. Bu il qonaqlar arasında Oskar mükafatlı kinematoqrafçılar da olacaq.

Festival "Azanfilm" studiyasının təşkilati dəstəyi ilə reallaşır.

Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək mümkündü.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG