Accessibility links

Əfqanıstanda vəziyyət prezidentin səfərinə əngəl yaradıb


Rəsmilərin sözlərinə görə Əfqanıstan prezidenti Həmid Karzay Liviya və Misirdə islam əleyhinə filmə görə baş vermiş zorakı etirazlar səbəbi ilə Norveçə səfərini təxirə salıb.

Norveçin Xarici İşlər Nazirliyi və Əfqanıstanın Xarici İşlər Nazirliyindən alınan məlumata görə, cənab Karzayın cümə gününə təyin edilmiş səfəri təxirə salınıb.

Norveçin Xarinci İşlər Nazirliyindən bu gün alınan məlumatda son günlərdə bəzi ərəb ölkələrində baş vermiş ciddi hadisələrə görə əfqan liderinin Əfqanıstanda qalmağın vacibliyni düşündüyü deyilir.

Prezident Karzayın sözçüsü də səfərin təxirə salınması barədə "Amerikanın Səsi"nə məlumat verib. Lakin təfsilata varmayıb.
XS
SM
MD
LG