Accessibility links

Nyu-York şəhərində film sənayesi


Deyirlər, Nyu-Yorkun milyonlarla hekayəsi var. Bu şəhərdə yaşayan demək olar ki, hər kəsin həyatı haqda hekayə yazmaq olar. Bu hekayələrin əksəriyyəti film və televiziya seriallarında əks etdirilir. Piter Fedinskinin sözlərinə görə, Nyu-York şəhərində film çəkilişi sürətlə inkişaf edən sənayedir və elə bu özü artıq bir hekayədir.

“Aparıcılar” kiçik büdcəli bədii filmdir. Nyu-York şəhərində keçirilən filmin çəkilişləri bu yaxınlarda başa çatıb. Filmin ssenari müəllifi və rejissoru Deyvid Ueksler Nyu-Yorku nağıllar şəhəri adlandırır. Bu, onun üçüncü filmidir.

Deyvid Ueksler: “Nyu-Yorkda filmdən danışanda gecə saat iki radələrində bir-birinə rast gələn iki nəfər ağla gəlir. Bilirsiniz ki bu şəhər heç vaxt yatmır.”

Deyvid Ueksler deyir ki, Nyu-York müəlliflər üçün ilham mənbəyidir. Tamamlanma mərhələsində olan “Aparıcı” filmi ilk məhəbbətin uğursuzluğundan bəhs edir. Filmdə Ueksler Nyu-Yorkda kinomatoqrafiya sahəsində çalışan Spayk Li kimi tanınmış rejissorlara işarə edir.

Nyu-York film sənayesi
Leonardo Dekaprio və Keyt Uinsletin çəkildikləri “İnqilab Yolu” filmində hadisələr bu şəhərdə baş vermir. Lakin filmin müəyyən hissələri Nyu-Yorkun Hollivud studiyalarının ölçüsündə olan Steyner studiyasında çəkilib. Steyner studiyası səkkiz hektar ərazini əhatə edir. Təkcə bədii filmlər deyil, həm də televiziya şouları və reklamlar üçün artan tələbatı qarşılamaq üçün onun ərazisinin üç dəfə artıracağı gözlənilir.

Studiyanın direktoru Daqlas Steyner deyir ki, televiziya seriallarının aktyorları zəngin mədəniyyəti və mətbuat mühitinə görə Nyu-York şəhərinə axışır.

Daqlas Steyner: “Gün ərzində onlar televiziyada işləyə bilər, axşam isə Brodveydə. Onlar günorta saatlarında Nyu-Yorkun tok-şoularında müsahibələr verə bilər. Bu onlar üçün iqtiasdi baxımdan əlverişlidir. Burada idarələrin çoxu kino ulduzların cədvəlinə uyğun işləyir.”

Kinomatoqraflar Nyu-York şəhərinin yerli film istehsalını impuls verdiyini deyir.

Ueksler bu yaxınlarda filmin çəkilişi üçün küçənin bağlanması kimi məsələlər ortaya çıxanda problem görmür.

Nyu-Yorkun meri Maykl Blumberq öz növbəsində şəhərdə film çəkilişlərini alqışlayır. Ona görə ki, filmlər gəlir gətirir və minlərlə yeni iş yerləri yaradır.

Maylk Blumberq: “Film və ya reklam çəkilişlərinə fikir versəniz görərsiz ki, xərclərin əksəriyyəti aktyorlara maaş kimi verilmir. Aktyorlar əslində az məvacib alır. Pulun əksəriyyəti yerli dülgərlər və ya elektriklərə, ərzaq dükanlarının satıcılarına, ofisiant və bu kimi xidmət sahələrinə xərclənir.”

Nyu-Yorkun film sənayesi hər il şəhərin iqtisadiyyatına təxminən yeddi milyard dollar gəlir gətirir. Deyvid Ueksler bu ilin sonu ekranlara çıxacaq “Aparıcı” filminin gəlirləri daha da artıracağına ümid edir.
XS
SM
MD
LG