Accessibility links

“Hostiles”- “Bədxahlar” filmi [Video]


“Hostiles”- “Bədxahlar” filmi
please wait

No media source currently available

0:00 0:04:10 0:00

Skot Kuperin “Hostiles”- “Bədxahlar” filmi XIX əsrin sonlarında ağdərililərlə yerli amerikalılar arasında irqi ədavət və barış mövzusundadır. Amerikanın Səsinin müxbiri Penelop Poulu yerli amerikalı aktyor Ves Stadla onun filmdəki rolu və filmin müasir amerikalılara ünvanladığı mesaj barədə danışıb.

Ağdərililər və yerli amerikalılar arasında savaşlardan illər sonra ordu kapitanı Cozef Blokerə vaxtikən qatı düşməni olan “Sarı Şahinlər” ordusunun başçısı, hazırda isə ölməsinə az qalmış Şayeni Nyu-Meksikadan Montanaya qədər müşayiət etmək əmr olunur. Belə bir siyasi qərara Vaşinqton Birləşmiş Ştatlar ordusunun yerli amerikalılara qarşı qəddar münasibəti ilə bağlı mətbuatda çıxan xəbərlərdən sonra gəlinir. Bloker əmri icra etməlidir.

Yerli amerikalılara qarşı özünün amansız hücumları ilə tanınan Birləşmiş Ştatlar ordusunun əfsanəvi kapıtanı obrazını canlandıran Kristian Bey öz rolunu Oskar mükafatına layiq oynayıb. Lakin vəhşilik potensialına malik qəzəbli xarakteri ilə yanaşı, onun obrazı eyni zamanda bir ləyaqət hissi və qətiyyət sərgiləyir. Kristian Bey: “Burada dəhşət elementi mövcuddur. Ətrafın gözəlliyinə, eyni zamanda Amerikanın bu gözəl mənzərəsində baş verən dəhşətlərə baxanda mənim oynadığım surət özünü həbsxanadakı kimi hiss edir. O, bu torpaqda çox sayda dostunu itirib.”

Bütün Vesternlərdə olduğu kimi “Bədxahlar” filmində də fərqli mənşədən olan insanların metaforik və fiziki aspektləri göstərilir: Komançilər tərəfindən hücuma məruz qalaraq, ailəsini itirən ağdərili gənc ana, və ya öz qəddarlıqları üzündən ağlını itirmiş əsgər, öldürməkdən həzz alan digəri. Bununla belə, filmin diqqət mərkəzində iki qatı düşmən, Kapitan Bloker və yerli amerikalı aktyor Ves Stadinin oynadığı “Sarı Şahinlər”in başçısının tədricən yaxınlaşmasına yönəlir. “Fikrimcə bu realistikdir, o baxımdan ki, barış tam olmur. Söhbət burada ortaq əngəllərdən gedir - hava, təbiət, quldurlar və xəz tacirləri” deyə, Veb Stadi bildirir.

Ves Stadi deyir ki, belə barışmalar heç zaman ağdərililərlə yerli amerikalılar arasında körpü salmağa yardım etməyib. O, hətta bu gün belə yerli amerikalıların onlara məxsus neft yataqları və digər yeraltı sərvətlərə malik torpaqları itirməkdə davam etdiyini deyir. “Onlar həmişə təhlükə altında olub. Zənnimcə baş verən budur ki, indi amerikalıların böyük hissəsi nələrin baş verdiyini, o zaman soyqırımın həqiqətən də tətbiq edildiyini və müstəmləkəçilik olduğunu dərk etməyə başlayıb.”

Aktyor “Bədxahlar” filminin barışığa və razılığa çağırdığını desə də, əlavə edir ki, tamaşaçılar yerli amerikalıların onlarada edilənləri unudacağını zənn etməməlidırlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG