Accessibility links

"Bir ailənin faciəsi” filmi KIFF Beynəlxaq Film Festivalında nümayiş olunacaq


"Bir ailənin xatirəsi" filmi (Foto Laçın Məmişovun səhifəsindən götürülüb)
"Bir ailənin xatirəsi" filmi (Foto Laçın Məmişovun səhifəsindən götürülüb)

Novruzəli Məmmədov haqqında çəkilən "Bir ailənin faciəsi" filmi Niderland Krallığının Rotterdam şəhərində KIFF Beynəlxaq Film Festivalında nümayiş olunacaq. Film İsveçrədə mühacir həyatı yaşayan rejissor-dokumentalist Laçın Məmişov tərəfindən lentə alınıb.

Laçın Məmişov (Foto Laçın Məmişovun səhifəsindən götürülüb)
Laçın Məmişov (Foto Laçın Məmişovun səhifəsindən götürülüb)

Bu barədə filmin müəllifi Laçın Məmişov facebook səhifəsində yazıb.

"Müəllif bildirir ki, bu "Mühacirlər" layihəsi çərçivəsində çəkilən dördüncü filmdir və 2018-ci ilin yanvar ayında tamamlanıb. KIFF Beynəlxalq Film Festivalında filmin ilk premyerası olacaq. Bundan əlavə film bir neçə beynəlxalq film festivallarına təqdim olunub və müsbət cavab alınıb. Filmin ümumi xronometrajı 50 dəqiqədir və hələlik ingilis dilinə tərcümə olunub. Yaxın zamanlarda filmin rus və alman dillərinə də tərcümə olunması nəzərdə tutulub".

Novruzəli Məmmədov və oğullarının məzarı
Novruzəli Məmmədov və oğullarının məzarı

"Tolışi Sedo" qəzetinin təsisçisi və baş redaktoru, "Talış Mədəniyyət Mərkəzi"nin rəhbəri Novruzəli Məmmədov 2007-ci ildə həbs olunub və həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib. N.Məmmədovun oğlu Kamran atası həbsdə olduğu zaman naməlum şəxslər tərəfindən vəhçicəsinə döyülüb. Növbəti gün Kamran Məmmədov dünyasını dəyişib. Ailənin ikinci oğlu Emil Məmmədov atasının 40 mərasimindən Bakıya qayıdarkən Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova ilə birlikdə avtoqəzaya düşüb. Bakı-Astara yolunda qarşı tərəfdən gələn ağır tonnajlı yük maşını Emil Məmmədovun idarə etdiyi avtomobilə çırpılıb. Nəticədə Emil Məmmədov və Məryəm Məmmədova ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Bir müddət sonra Emil Məmmədov Moskvada müalicə üçün aparılıb və xəstəxanada dünyasını dəyişib. Ailənin yeganə sağ qalan üzvü, Novruzəli Məmmədovun xanımı Məryəm Məmmədova ölkəni tərk edərək Niderland Krallığında siyasi sığınacaq alıb. Hazırda Niderland Krallığının Haaqa şəhərində yaşayır.

Laçın Məmişov qeyd edib ki, "Mühacirlər" layihəsi çərçivəsində çəkilən hər filmi öz peşə fəaliyyətini yerinə yetirərkən həlak olan bir jurnalistin xatirəsinə həsr edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG