Accessibility links

Bakıda Avropa Film Festivalı keçiriləcək


Film
Film

Azərbaycan ictimaiyyətinə müasir Avropa filmləri və onların rejissorları təqdim olunacaq

Bakıda oktyabrın 4-10- da Avropa Film Festivalı keçiriləcək.

Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin məlumatına görə bu festival Avropa İttifaqı Nümayəndəliyi (Aİ), Avropa İttifaqına Üzv Dövlətlərin Səfirlikləri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və "Park Cinema" ilə birgə keçirəcək.

Azərbaycan ictimaiyyətinə müasir Avropa filmləri və onların rejissorları təqdim olunacaqlar.

Avropa Film Festivalları Aİ-nın Azərbaycandakı Nümayəndəliyi tərəfindən hər il Azərbaycanda təşkil olunur. Məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və onları inkişaf etdirmək, beləliklə, Avropa dəyərləri haqda olan anlayışı daha da artırmaq.

Bu ilki Avropa Film Festivalının proqramına Avropa İttifaqına daxil olan Azərbaycanda təmsil olunmuş 14 dövlətdən (Avstriya, Belçika, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 15 filmin nümayişi daxildir.

Musiqili komediyadan (İsveçdən Səsin Sədası), emosional drama (İtaliyadan Yenə Öp Məni) və psixoloji trillerdən (BK-dən Kevin haqqında danışmalıyıq) tutmuş detektiv ssenarili filmədək (Belçikadan Alsqeymer sindromu) geniş çeşidli janrlarda filmlər təqdim olunacaq.

Festivalın fəxri qonaqları kimi litva kino rejissoru Algimantas Puipa, Polşa kino rejissoru Rafael Levandovski, alman kino rejissoru Eva Blondiau digərləri ilə yanaşı təqdim olunacaq.

Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiya ilə nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaq.

Biletlər 25 sentyabr tarixindən Neftçilər prospektində yerləşən "Park Bulvar, "Park Cinema"da əldə oluna bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG