Accessibility links

Bakıda Avropa İttifaqı film festivalı açılıb


Avropa İttifaqı film festivalı
Avropa İttifaqı film festivalı

Festivalda komediya dram, triller, detektiv janrlarda 14 film nümayiş etdiriləcək

Bakıda Park Cinema kinoteatrında litvalı rejissor Alqimantas Puypanın “Yatmış kəpənəklərin qəsri” filmi ilə Avropa filmləri festivalı açılıb. Filmin qəhrəmanı Monika adlı qadındır (Yanina Lapinskayte). Onun zəngin və firavan həyatı öz axarı ilə gedir. Lakin bir gün əri ilə birlikdə bir fahişə qadını maşınla vurur və qadın xəstəxanada intihar edir. Özünü günahkar hiss edən Monika fahişəliyə görə Almaniyadan qovulmuş üç qızı şəhərətrafı evində saxlamaq təklifi ilə sosial sığınacağa müraciət edir. Bu qızlarla ünsiyyət onun dünyaya münasibətini dəyişir.

Filmin ssenari müəllifi rejissorun özüdür.

Filmin nümayişindən əvvəl mətbuat konfransında çıxış edən Puypa deyib: “Biz qadınları dünyaya göstərmək istədik. Bu gün qadın problemləri və cəmiyyətdə qadınların rolu çox artıb. Filmdə danışılan hadisələr realdır”.

Filmin premyerasında Avropa ölkələrinin səfirləri, kino xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Festival noyabrın 10-dək davam edəcək və pulsuz olacaq.

“Festivalda məqsəd Azərbaycanla Avropa İttifaqı arasında mədəni əlaqələrin qurulması, Avropa dəyərlərinin təbliğidir, - Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Rolan Kobia qeyd edib. O ümidvar olduğunu bildirib ki, filmlərin nümayişi Azərbaycan vətəndaşlarının Avropa kino sahəsində gedən proseslərdən daha yaxşı xəbərdar olmasına və başa düşməsinə imkan verəcək.

Proqrama müxtəlif janrlarda - komediya dram, triller, detektiv 14 film daxildir. Filmlərin arasında Almaniyada yaşayan azərbaycanlı rejissor Elmar İmanovun da filmi var.
Tədbirin təşkilatçıları Aİ-nin Azərbaycan nümayəndəliyi, Mədəniyyət və Turizm Nazirliyi və Park Cinema-dır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG