Accessibility links

Financial Times: Böyük Britaniyada koronavirusdan 41,000 adam ölüb


Financial Times statistika idarəsinin təhlillərinə əsasən Böyük Britaniyada koronavirusdan ölənlərin sayı azı 41,000 nəfərdir.

Financial Times-ın ekstrapolyasiyası bu yaxınlarda qeydə alınan rəsmi ölüm hallarının sayına əsaslanır. Bu rəqəmlərə xəstəxanalar xaricində baş verən ölümlər də daxildir.

Böyük Britaniyada ölüm halları barədə ən son məlumat bazar ertəsi, koronavirus testlərindən sonra yoluxanlardan 17,337 nəfərin xəstəxanalarda öldüyü barədə olub.

Lakin Financial Times-ın araşdırmalarına əsasən, hazırda COVID-19-un yaratdığı tənəffüs sistemi xəstəliyindən ölənlərin sayının ikiqat çox olduğu ehtimal edilir.

Çərşənbə axşamı Milli Statistika İdarəsi aprelin 10-da başa çatan bir həftə ərzində İngiltərə və Uelsdə 18,516 nəfərin öldüyünü bildirib ki, bu, beş illdə ölənlərin orta göstəricisindən 7,966 nəfər çoxdur.

Bu isə koronavirusdan ölənlərin sayının hazırda 41,000 ətrafında olduğunu göstərir.

Milli Statistika İdarəsinin çərşənbə axşamına olan məlumatında COVID-19-dan ölüm halları konkret olaraq az göstərilib.

Statistikanın son həftələr qocalar evlərində ölüm hallarının iki dəfə artdığını göstərməsinə baxmayaraq, COVID-19-dan ölənlərin yalnız 17% artdığı qeyd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG