Accessibility links

Finlandiya liderləri NATO-ya qoşulmağı dəstəkləyir


Finlandiya əsgərləri
Finlandiya əsgərləri

Finlandiyanın Prezidenti Sauli Niisto və Baş nazir Sanna Marin cümə axşamı NATO-ya qoşulmağa razılıqlarını ifadə ediblər. Bu addım Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq ölkədə baş verən böyük siyasət dəyişikliyini tamamlaya bilər.

"NATO üzvlüyü Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. Finlandiya NATO üzvü olaraq bütün müdafiə alyansını gücləndirəcək" - deyə, onlar birgə bəyanatda bildiriblər.

"Finlandiya gecikmədən NATO üzvlüyünə müraciət etməlidir. Biz ümid edirik ki, ölkə daxilində bu qərarı vermək üçün gərəkli olan addımlar növbəti bir neçə gün ərzində atılacaq".

Liderlər deyib ki, onlar bu qərarı Finlandiya Parlamenti və ictimaiyyətə məsələni nəzərdən keçirmək, NATO və qonşu İsveçlə məsləhətləşmək üçün vaxt verilməsindən sonra veriblər. İsveç rəsmilərinin də növbəti günlərdə NATO-ya müraciət edib-etməməyi nəzərdən keçirəcəkləri gözlənilir.

NATO-nun baş katibi Yens Stoltenberq aprelin sonunda deyib ki, əgər Finlandiya və İsveç müraciət etsə, "onlar müsbət qarşılanacaq və mən də prosesin sürətli olacağını gözləyirəm".

"NATO-nun genişlənməsi və ittifaqın bizim sərhədlərimizə yanaşması dünyanı və qitəmizi daha sabit və təhlükəsiz etmir", Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı müxbirlərə deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski tvit ataraq deyib ki, o, Niinsto ilə telefon danışığı zaman Finlandiyanın qərarını alqışlayıb.

Ukraynada mübarizə çərşənbə günü döyüş meydanından uzaqda aparılıb. Belə ki, Kyiv Rusiyanın Avropadakı evlər və sənayeləri təchiz edən təbii qaz boru kəmərlərindən birini kəsib. Eyni zamanda Moskvanın Ukraynanın şərqində təyin etdiyi rəsmi deyib ki, Rusiya qüvvələri Xersonun nəzarətini ələ keçirəndən sonra Kreml şəhəri ilhaq etməlidir.

Ukraynanın təbii qaz boru kəmərinin operatoru Rusiyanın Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların nəzarət etdiyi qovşaqdan təbii qazın nəqlini düşmən qüvvələrinin müdaxiləsi, o cümlədən qazın açıq-aşkar süzülməsi səbəbindən dayandırıb.

Rusiyanın Qərbi Avropaya göndərdiyi qazın təxminən üçdə biri Ukraynadan keçir, baxmayaraq ki, bir təhlilçi deyib ki, bunun dərhal təsiri məhdud ola bilər, çünki qazın böyük bir hissəsi başqa boru kəməri vasitəsilə yönləndirilə bilər. Rusiyanın nəhəng dövlət şirkəti olan Qazprom bildirib ki, Avropaya Ukrayna vasitəsilə axan qaz bir gün öncə ilə müqayisədə 25 faiz azalıb.

Avropa İttifaqı Rusiyanı Ukraynaya 11 həftədir davam etdirdiyi hərbi müdaxiləyə görə cəzalandırmaq səylərinin bir hissəsi olaraq evləri istilik, sənayeləri ilə yanacaqla təmin etmək üçün Rusiya enerjisindən əhəmiyyətli dərəcə olan asılılığına son qoymağı nəzərdən keçirir.

Ancaq ittifaq 27 üzvlük blok daxilində etirazlarla üzləşib, xüsusilə də Macarıstandan. Belə ki, Macarıstan Rusiya enerji təchizatının kəsiləcəyi təqdirdə iqtisadiyyatının böyük zərbə alacağını bildirir.

Bu arada Moskva tərəfindən təyin olunan Xerson vilayəti administrasiyası rəhbərinin müavini Kirill Stremousov RIA Novosti xəbər agentliyinə "Xerson şəhəri Rusiyadır" deyib.

O, Putini Xersonu o, Putindən Moskvanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ələ keçirməsi və fevralın 24-də Ukraynaya hərbi müdaxilə etmədən qısa müddət əvvəl Luhansk və Donetski müstəqil qurumlar kimi elan etməsi kimi Xersonu da Rusiyanın "müvafiq bölgəsi" elan etməsini istəyib.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, bu cür tələbi Xerson vilayətinin sakinləri irəli sürməli olacaq və onlar belə bir addım üçün tamamilə aydın hüquqi əsasından əmin olmalıdır.

Ukrayna prezidentinin müşaviri Mixailo Podolyak ilhaq məsələsini istehsal ilə qarşılayıb və Twitter-də yazıb ki, "işğalçılar hətta Mars və ya Yupiterə qoşulmağı istəyə bilərlər. Onların hansı söz oyununu oynamalarından asılı olmayaraq, Ukrayna ordusu Xersonu azad edəcək".

Xerson Qara Dənizdə yerləşən və təxminən 300 min sakini olan liman şəhəridir və qonşu Krımı təmiz suya çıxışla təmin edir. Rusiya qüvvələri müharibənin əvvəlində şəhəri ələ keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG