Accessibility links

Finlandiya və İsveç NATO-ya üzvlük üçün rəsmən müraciət edib


Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı artan narahatlıqlar fonunda Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmaq üçün rəsmi ərizələrini təqdim edib.

"Mən Finlandiya və İsveçin NATO-ya üzv olmaq tələblərini ürəkdən alqışlayıram. Siz bizim ən yaxın tərəfdaşlarımızsınız" -deyə, NATO-nun Baş katibi Yens Stoltenberq mayın 18-də iki Şimali Avropa ölkəsinin səfirlərindən alyansın Belçikadakı mənzil-qərargahında ərizə məktublarını aldıqdan sonra jurnalistlərə bildirib.

"Bugünkü müraciətlər tarixi addımdır. Müttəfiqlər indi sizin NATO-ya gedən yolda növbəti addımları nəzərdən keçirəcəklər" - deyə, Stoltenberq bildirib.

Həm İsveç, həm də Finlandiya Avropa İttifaqının üzvüdür və finlər Rusiya ilə 1340 kilometrlik sərhədi bölüşür.

İki Şimali Avropa ölkəsinin NATO-ya üzv olmaq seçimi hazırkı Avropa təhlükəsizlik quruluşunda dönüş nöqtəsidir.

Finlandiyanın ərazisinin onda birini itirməsi ilə nəticələnən Sovet İttifaqı ilə iki müharibədən sonra Helsinki müharibədən sonrakı dövrdə neytral qalmağı seçib, İsveç isə son iki əsrdə ənənəvi olaraq bloklara qoşulmayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin quruma qoşulması ilə bağlı iradlarını bildirsə də, ərizə təxminən iki həftə gözlənilən bir prosesi işə salıb.

Ərdoğan mayın 16-da Suriyada qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və kürd silahlılarının Xalq Müdafiə Birliklərinə (YPG) istinad edərək, "terror təşkilatlarını" dəstəkləyən iki ölkənin üzvlüyünə razı ola bilməyəcəyini bildirib.

Türkiyənin etirazları həll olunarsa, iki Skandinaviya ölkəsi bir neçə ay ərzində üzv ola bilər və adətən səkkiz aydan 12 aya qədər davam edən prosesi sürətləndirər.

Almaniya kansleri Olaf Şolts Türkiyənin hər iki ölkənin bu addımını dəstəkləyəcəyinə əmin olduğunu, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə Ankaranın onların ittifaqa girişini əngəlləməyəcəyinə əminliyini ifadə edib.

Ağ Ev daha əvvəl bildirmişdi ki, ABŞ prezidenti Co Bayden mayın 19-da Niinisto və Anderssonu ərizələri və daha geniş Avropa təhlükəsizliyi mövzusunu müzakirə etmək üçün görüş keçirəcək.

Fevralın 24-də Rusiyanın Ukraynaya səbəbsiz işğalına başlamasından sonra iki ölkə NATO-ya üzv olmaq istiqamətində sürətlə irəliləyib.

İki şimal qonşusunun atdığı addımlar NATO-nun qərb sərhədinə qədər genişlənəcəyini göstərən Rusiyanın xəbərdarlıqlarına səbəb olub.

Rusiya prezidenti Vladimir Putin mayın 16-da bildirib ki, Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarını təhlükə kimi görməsə də, orada hər hansı hərbi infrastrukturun yerləşdirilməsi Moskvanın cavabına səbəb ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG