Accessibility links

ABŞ-dan ilk qoşunlar artıq Polşaya çatıb


Polşanın Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın qonşu Ukraynanı işğal edəcəyinə dair narahatlıqlar fonunda, NATO-nun Şərqi Avropadakı müttəfiqlərini gücləndirmək üçün göndərilən ilk Amerika qoşunları şənbə günü Polşaya çatıb.

“Elan olunduğu kimi, Birləmiş Ştatlar Ordusunun 82-ci Hava Desant Diviziyasından briqada döyüş qrupunun ilk elementləri Polşaya çatıb,” Polşa ordusunun sözçüsü deyib.

ABŞ qoşunları Polşanın cənub-şərqində, Ukrayna ilə sərhəddə yerləşən Rzeszov hərbi bazasına çatıblar. ABŞ Prezidenti Co Bayden çərşənbə günü ora 1700 əsgərin göndərilməsinə göstəriş vermişdi. 2017-ci ildən bəri isə Polşada rotasiya əsasında təxminən 4000 ABŞ əsgəri yerləşdirilib.

Bayden həmçinin Rumıniya və Almaniyaya qoşun göndərilməsinə göstəriş verib və bununla da əlavə qoşun sayı təxminən 3000-ə çatıb.

ABŞ ordusundan mənbələr daha öncə təxminən 1700 ABŞ hərbi qulluqçusunun, əsasən də 82-ci Hava Desant Diviziyasından əsgərlərin “növbəti günlərdə” Şimali Karolinanın Fort Bragg bazasından Polşaya göndəriləcəyini bildirmişdi.

Əlavə ABŞ hərbçilərinin ilk kontingenti cümə günü Almaniyaya gedib.

ABŞ ordusunun Avropa Komandanlığının bildirdiyinə görə, 18-ci Hava Desant Diviziyasından ABŞ qoşunları cümə günü Almaniyanın Viesbaden şəhərinə çatıb. Komandanlıq Polşaya göndərilməsinə göstəriş verilən 1700 desantçını dəstəkləmək üçün Almaniyada qərargahın təsis olunacağını bildirib.

ABŞ yanvar ayında lazım olsa Avropaya göndərmək üçün 8500 ABŞ qoşununu hazır vəziyyətə gətirib. Onlar yüksək hazırlıq vəziyyətindədirlər və NATO müdafiə nazirlərinin 6-17 fevral tarixlərində keçiriləcək növbəti iclaslarında əlavə qoşun göndərməyi müzakirə edəcəkləri gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG