Accessibility links

“Azərsun Sənaye Parkı”nın beş min kvadrat metr sahədə anbarları yanıb


The warehouses of Azersun Industrial Park burned down
The warehouses of Azersun Industrial Park burned down

Aprelin 28-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye Parkı“ kompleksinin ərazisində başlayan yanğın aprelin 29-da səhər saatlarında söndürülüb. Yanğın 15 saatdan çox davam edib və ümumilikdə 5 000 kvadrat metr sahəni əhatə edib.

Baş Prokuroluğun və Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, yanğın sahəsinin kənarında karton tullantıları olub.

“İlkin ehtimal olunan variant budur ki, yanğın karton tullantıları olan yerdən başlayıb. Çağırışdan 9 dəqiqə sonra ilk yanğınsöndürən maşınlar hadisə yerinə çatıb. Yanğının miqyası nəzərə alınaraq helikopterlər cəlb olunub,” o qeyd edib.

Heydərov bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Yerli medianaın məlumatına görə, anbarlarda satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.

APA agentliyinin məlumatına görə, təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyan on milyon manatlarla ölçülür. Anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş.

“Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orada istehsal avadanlıqlarına da ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir,” APA agenliyi bildirir.

Sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə “Azərbaycan Sənaye Sığorta” Şirkətində sığortalanıb.

"Azərbaycan Sənaye Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib ki, baş vermiş yanğına görə sığorta ödənişi ediləcək.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (Yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG