Accessibility links

İranın cənubunda daşqın 17 nəfərin ölümünə səbəb olub


İranın cənubunda çayın sahilində axtarış aparılır. 23 iyul, 2022.
İranın cənubunda çayın sahilində axtarış aparılır. 23 iyul, 2022.

İranın quraqlığın hökm sürdüyü cənub Fars vilayətində daşqınlar nəticəsində azı 17 nədər həyatını itirib. Bu barədə şənbə günü dövlət televiziyası məlumat yayıb.

İstəhban şəhərinin qubernatoru Yusif Karegarın dediyinə görə, leysan yağışlar şəhər yaxınlığındakı Rudbal çayının daşmasına gətirib çıxarıb.

Karegar bildirib ki, xilasetmə komandaları daşqın səbəbilə ilişib qalan 55 nəfəri qurtarıb, ancaq azı altı nəfər hələ də itkindir.

İranın metereologiya idarəsi iqlim dəyişikliyi səbəbilə onillərdir quraqlıqla üzləşən ölkə boyu mövsümi leysan yağışlarının yağacağı ehtimalı barədə xəbərdarlıq edib. Daşqın təhhlükəsi çay yataqları yaxınlığında çox sayda bina və yolların tikintisi səbəbilə daha da artıb.

2018-ci ilin mart ayında Fars vilayətində daşqın 44 nəfərin ölümü ilə nəticələnmişdi.

XS
SM
MD
LG