Accessibility links

General Maykl Flinn Rusiyadan pul aldığını etiraf edib


ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsindən azad etdiyi general Maykl Flinn yeni maliyyə bəyannaməsi ilə çıxış edib. Sənəddə onun Rusiya ilə əlaqələrinə aydınlıq gətirilir.

Deyilir ki, Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT tele-şirkəti ona 10 illiyi münasibəti ilə təşkil edilən tədbiqdə çıxış etməsi üçün 45 min dollar ödəyib. Bundan əlavə iki digər şirkət də ona çıxışı üçün bir neçə min dollar məbləğində vəsait ödəyib.

Flinnin vəkili Robert Kelner deyib ki, onun istefasından bir neçə gün öncə açıqlanan ilkin bəyannamə qaralama olub. Vəkil Flinnin etiketə uyğun olaraq, Ağ Evlə məsləhətləşmə keçirə bilmədiyini deyib.

Düzəliş edilmiş bəyannamə cümə günü Ağ Evin bütün maliyyə sənədlərində açıqlanıb.

Flinnin açıqlaması FBİ, Nümayəndələr Palatası və Senatın Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair araşdırmalar apardığı vaxta təsadüf edir.

Tramp Flinni hələ inaqurasiyasına qədər bu vəzifəyə təyin etməsinə baxmayaraq, o, cəmisi 24 gün milli təhlükəsizlik müşaviri kimi fəaliyyət göstərə bilib.

Flinn o vaxt hələ hakimiyyətdə olan Obama adminitsrasiyası ilə məsləhətləşmədən Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakov ilə görüşüb. O, vitse-prezident Pens və digər yüksək səlahiyyətli rəsmilərə səfirlə görüşü barədə yanlış məlumat verib.

XS
SM
MD
LG