Accessibility links

Tufarqanda avtomobilləri sel yatağına yönləndirən yol lövhəsi götürülüb


Aprelin 14-də güneydə baş verən təbii fəlakət nəticəsində ölən insanların 22-si Tufarqanın Xələzər Körpüsü yaxınlığında avtomobillərinin içində selə tutulublar. Körpü və avtomobilləri onun altından keçən yola yönləndirən lövhə olaydan sonra medianın gündəmində olub.

İran Azərbaycanına dair məlumat yayan internet portallarına istinadən, Yol və Nəqliyyat Xidmətləri İdarəsi keçən günlərdə yolu təxrib edib və o lövhəni qaldırlııb.

Medianın gündəmində olan yol lövhəsinin üzərində “Xələzər - Keçid körpü altından” sözləri yazılmışdı.

Daşqınlar zamanı baş verənləri əks etdirən videolar, habelə körpü və lövhəni göstərən şəkillərin yayılması ilə İran mediasının yayımladığı ilk xəbərlərin doğru olmadığı ortaya çıxdı.

Seldən sonra İran mediasının yayımladığı ilk xəbərlərdə, daşqınları izləyənlər və selfi çəkənlərin həlak olduğu önə çəkilmişdi. Daşqınlar zamanı baş verənləri əks etdirən videolar, habelə körpü və lövhəni göstərən şəkillərin yayılması ilə bu xəbərlərin doğru olmadığı ortaya çıxdı.

Keçən günlərdə Amerikanın Səsinə müsahibə verən Tufarqan sakini Səccad Müsliminin söylədiklərinə görə, şəkillər və videoların yayımlanmasından sonra yerli məsullar başqa iddialar irəli sürərək təkrar bölgə əhalisini təqsirləndiriblər.

Şərqi Azərbaycan vilayəti yol polisinin komandiri polkovnik Cavad Namvəran lövhənin bölgə əhalisinin israrı nəticəsində yolun kənarına yerləşdirildiyini irəli sürüb.

Lövhə: Xələzər - Keçid körpü altından
Lövhə: Xələzər - Keçid körpü altından


“Kənd əhalisi öz rahatçılığı üçün o lövhənin oraya yerləşdirilməsini istəyib,” Tasnim agentliyi komandirin sözlərinə istinad edib.

Telegram kanallarında lövhə və yolun təxrib edildiyini göstərən foto-şəkillər yayımlanıb. Kanalların birində şəkillərlə birgə bir açıqlama da paylaşılıb: “Görünən o ki, yol xidmətləri idarəsi problemi çözmək yerinə, onu silməyə qərar verib.”

Prezident Ruhani keçən günlərdə heyətlə bərabər körpünün yerləşdiyi bölgəyə səfər edib. Mehr agentliyinə istinadən, “Ölüm Körpüsünü ziyarət edən prezident bölgə insanları ilə söhbət etmədən sürətlə Əcəbşerə gedib.

Mehr agentliyi: Həsən Ruhani bölgə əhalisi ilə söhbət etməyib.
Mehr agentliyi: Həsən Ruhani bölgə əhalisi ilə söhbət etməyib.


Agentlik həmçinin bildirib ki, “prezidentlə bərabər bölgəyə getmək üçün sadəcə dövlət mediasının jurnalistləri və fotoqrafçılarına icazə verilib.”

Amerikanın Səsinə müsahibə verən Tufarqan sakini Səccad Müslimi prezidentin ziyarətini belə açıqlayıb:

“Millət eşitmişdi Ruhani gələcək. Səhərdən gedib toplanmışdılar körpünün yanına. Amma qoymadılar millət yaxınlaşa. Sonralar şəkillərdə gördük ki, Əcəbşerdə millətlə görüşüb. Tufarqan ilə Əcəbşerdəki olayların fərqi bu idi ki, Tufarqandakı olayda məsulların qüsuru var idi. Ona görə, millətin sözünü eşitmək istəmədilər.”

XS
SM
MD
LG