Accessibility links

Florens qasırğasının təhlükəsi barədə xəbərdarlıqlar davam edir


Florens qasırğasının təhlükəsi barədə xəbərdarlıqlar davam edir
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Florens qasırğası gücünü itirsə də, şiddətli yağışlar onsuz da daşqınların olduğu bölgələrdə vəziyyəti daha da ağırlaşdırır. Qasırğa artıq azı 17 nəfərin ölümünə səbəb olub, bir çox şəhər və qəsəbəni, eləcə də magistral yolları su altında qoyub. Hazırda 800 mindən çox ev elektriksiz qalıb. Rəsmilər yağışlar davam etdiyinə görə vəziyyətin daha da ağır olacağı barədə xəbərdarlıq edir.

Florens artıq tropik qasırğa kateqoriyasından çıxaraq, tropik depressiya (aşağı atmosfer təzyiqi sahəsi) kateqoriyasına keçsə də, rəsmilər vəziyyətin daha təhlükəli olacağı barədə xəbərdarlıq edir. Şimali Karolina ştatında leysanların ştatın mərkəzi hissəsinə və dağlara üz tutacağı gözlənilir. Ştatın qubernatoru Roy Kuper 900 nəfərə qədər insanın xilas edildiyini və sakinlərin əməkdaşlığa çağırıldığını bildirib. “Şimalı Karolinanın harasında olursunuzsa olun, gözlənilməz daşqınlardan ehtiyatlı olun. Hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləyin və lazım gəldikdə təhlükəsiz yerlərə daşının. Avtomobillərinizi su basmış yollardan sürməyin, sel sizin maşınınızı apara bilər. ”

Şimali Karolinanın çay kənarında yerləşən Nyu-Bern şəhəri ən çox su basan şəhərlərdəndir. Şəhər sakinlərinin çoxu evakuasiya edilsə də, bəziləri qalmaq qərarına gəlib. Nyu-Bern sakini Li Bell: “Bu, bizim bir mərtəbə yarım hündürlüyü olan qarajın tavanıdır. Qarajın özü isə burada idi, indi yoxdur.”

Qarajın özü yoxdur. Qasırğa buraya haradansa qayıq da gətirib. “Mən bilmirən bu qayıq buraya haradan gəlib. Yəqin sel gətirib” deyə, Li bell bildirir.

Şimali Karolinanınb Caksonvil şəhərinə, anasını görməyə gələn Co Simmons qasırğanın şahidi olub. “Keçən gecə dəhşətli bir gecə idi. Qorxulu səslər gəlirdi. Elə bil taxtalar qırılır, mıxlar yerindən oynayırdı. İldırım dayanmadan çaxırdı.”

Bazar günü fırtına Cənubi Karolinanın paytaxtı Kolumbiyadan təxminən 50 km məsafədə, sahildən isə 250 km uzaqda idi. Qasırğanın əlavə 25 sm yağışa səbəb olacağı gözlənilir. Şimali Karolinanın gələn bir neçə gün ərzində fəlakətli daşqınlar altında qalacağı proqnozlaşdırılıb. Torpaq sürüşməsi ehtimalı da var.

XS
SM
MD
LG