Accessibility links

Donald Tramp qasırğanın dağıtdığı bölgəyə səfər edib


ABŞ prezidenti Florens qasırğasının ciddi fəsadları qalmaqda olan sahil bölgələrə səfər edib. Donald Tramp dəyən zərəri nəzərdən keçirib.

Dəhşətli fəlakətdən sonra prezident vədlər verir. “Bütün amerikalı ailələr sizinlədir və sizə yadım etməyə hazırdır” deyə, Donald Tramp bildirib.

Puerto-Rikodakı qasırğadan sonra tənqidlərlə üzləşən Tramp üçün qasırğanın xarabalığa çevirdiyi Şimali Karolinaya dəstək məsələsi ciddi olmalıdır.

Fəlakət zonasında xidmət edən keşiş Cim Penninqton deyir ki, burada təcili yardım təşkilatlarına dəstək çox vacibdir. “Burada baş verənlər ölkənin diqqətinı özünə cəlb edib və “yardıma, resurslara, insanlara ehtiyac varmı?” kimi suallara yol açıb.”

Robert Toler Trampı görməyi çox istəyirdi. “Mən arzu edirdim ki, o mənimlə görüşün.”

Lakin Toler çox işləməlidır. Bu qasırğa onun 70-ci ildönümünə sürpriz oldu. “Ad günüm “əla” keçdi” deyə, o bildirir.

Güclü sel qarşısındakı hər şey yuyub aparırdı. Lakin Tolerin buradan getmək fikri yox idi. “Mənim köklərim buradandır. Mən heç vaxt heç yerdə yaşamamışam.”

Milton Higgins hələ də su basmış evindədır. Lakin o, evində onu nə gözləyəcəyini yaxşı bilir. “Yəqin ki, çoxlu zibil, bunun nə olduğunu bilirəm.”

Florens qasırğası onu o qədər də narahat etmir. O, prezidentdən nə gözlədiyini bilir. “O, yeganə bir insandır.”

Qasırğalara alışıq olan ştatda həyat davam etməkdədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG