Accessibility links

Florens karolinalıları imtahana çəkir... Ölənlərin sayı 5 nəfərdir


Nyu Yorkdan gələn xilasetmə qrupu axtarış və xilas işlərini davam edir.
Nyu Yorkdan gələn xilasetmə qrupu axtarış və xilas işlərini davam edir.

Florens tropik qasırğası nəticəsində indiyədək ən azı beş nəfərin öldüyü, milyonlarla evin və müəssisənin elektriksiz qaldığı bildirilir.

Milli Qasırğa Mərkəzinin şənbə günü verdiyi məlumata görə, Şimali və Cənubi Karolina ərazilərində kəskin yağışlar və böyük miqyasda daşqınlar davam edir. Mərkəz əlavə edir ki, Şimali Karolinanın cənub və Cənubi Karolinanın şimal ərazilərində tornadoların baş verməsi mümkündür. Rəsmiləri qasırğanın gətirdiyi küləklər deyil, onun yavaş hərəkəti narahat edir.

Qasırğanın gücü azalsa da, onun gətirdiyi yağışlar nəticəsində yaranacaq daşqınların faciəvi nəticələrə səbəb olacağı narahatlıq doğurur.
Qasırğanın gücü azalsa da, onun gətirdiyi yağışlar nəticəsində yaranacaq daşqınların faciəvi nəticələrə səbəb olacağı narahatlıq doğurur.

Florens Şimali Karolina ərazisinə çatdıqdan sonra birinci kateqoriylalı qasırğa səviyyəsinə endirilib. Ehtimal ediləndən nisbətən zəif olmasına baxmayaraq, qasırğanın gətirdiyi külək və yağış böyük zərər vermək gücündədir.

Şimali Karolinanın qubernatoru Roy Kuper şənbə günü bildirib ki, gücünün aşağı düşməsinə baxmayaraq, Florens qasırğasının böyük həcmdə yağışlarla müşahidə ediləcəyi gözlənilir. Bu isə geniş miqyasda ərazilərin yerlə-yeksan olmasına səbəb ola bilər. Kuper əlavə edib ki, ərazidə suyun səviyyəsi artmağa davam edir.

Külək nəticəsində ağaçlar bir çox evi yarasız hala salıb.
Külək nəticəsində ağaçlar bir çox evi yarasız hala salıb.

Şimali Karolinanın Vilminqton şəhərinin polisi bildirir ki, külək səbəbilə ağacın evə düşməsi nəticəsində ana və körpəsi həlak olub. Digər bir qadın qırılan ağacların yolu bağlaması səbəbilə təcili yardımın onun köməyinə çata bilməməsi nəticəsində ürək çatışmazlığından ölüb. 78 yaşlı kişi yağışda elektrik naqillərini birləşdirməyə çalışarkən həlak olub. Başqa bir kişi isə itini yoxlamaq üçün çölə çıxanda küləyin onun yıxması nəticəsində ölüb.

Qasırğa mərkəzi bildirir ki, Florens asta sürətlə quru ərazisinə doğru istiqamət götürür. Hal-hazırda qasırğanın gətirdiyi küləyin maksimum sürəti 80 km/saatdır. Əlavə edilir ki, şənbə gecəsindən sonra növbəti bir neçə gündə qasırğanın zəifləməsi ehtimal edilir.

XS
SM
MD
LG