Accessibility links

Florian İrminger: Azərbaycan hökümətinə bildirmək lazımdır ki, Avropa Şurasının qanunlarına tabe olmasa, imtiyazlarını itirəcək


"Azərbaycan höküməti 2014-cü ildən bəri vətəndaş cəmiyyətinə qarşı basqılara başlayıb, dialoq üçün mühiti qapadıb, heç bir rəqabət olmadan prezident seçkiləri keçirib." Amerikanın Səsinə müsahibə verən Human Rights House fondunun nümayəndəsi Florian İrminger hesab edir ki, Avropa Şurası bu vəziyyətə cavab olaraq Avropa Şurasına üzv ölkələrdən və parlamet üzvlərindən ibarət işçi qrupu yaratmalıdır.

The New York Times qəzetinin yazdığına görə Avropa Şurası Nazirlər Komitəsinin rəhbəri və Danimarka Xarici İşlçər Naziri Anders Samuelsen Avropa hökümətlərinə müraciət edərək onları Avropa Şurası Parlament Assambleyasının Azrbaycan hökuməti ilə əməkdaşlıq edən üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı ciddi ölçü götürülməsinə çağırıb.

Bu yaxınlarda açıqlanan istintaq nəticələri bəzi AŞPA üzvlərinin Azərbaycanda insan haqları pozuntularına göz yummaq müqabilində rüşvət alqıdlarını üzə çıxarıb.

İndi isə artıq Parlament Assambleyası dörd, beş il gözləmək yerinə bu cür halların yenidən baş verməsinin qarşısını almaq üçün artıq müəyyən tədbirlər görməlidir.
Florian İrminger

Florian İrminger deyir ki, İlham Əliyev hökümətinin qanunvericilərə rüşvət vermək yolu olduqca məharətlidir. Belə ki, onlar qanunvericilərə özəl hədiyyələr verir, amma tək-tək bu hədiyyələr rüşvət hesab edilmir.

“Məsələn hər dəfə Bakıya gedəndə, onlara verilən bir neçə qram qara kürü, sadəcə kiçik bir hədiyyə olaraq görülür, amma ümumilikdə bunlar böyük rüşvət hesab edilir."

Florian İrminger deyir ki, Avropa Şurasının Parlament Assambleyası ilə bağlı sual və narahatlıqlar 2013-cü ildə AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın əleyhinə səs verməsindən sonra yaranıb. Vəziyyət Pedro Aqramuntun Azərbaycan məruzəçisi və AŞPA-nin prezidenti olmasından sonra daha qəlizləşib. “İndi isə artıq Parlament Assambleyası dörd, beş il gözləmək yerinə bu cür halların yenidən baş verməsinin qarşısını almaq üçün artıq müəyyən tədbirlər görməlidir,” o deyib.

Florian İrmingerin sözlərinə görə, Avropa Şurasının Parlament Assambleyası yeganə qanunvericilik qurumudur ki, onların hədiyyələrlə bağlı qanunları yoxdur, çünki hesab olunur ki, Avropa Şurası ölkələrinin parlamentlərinin anti-korrupsiya qanunları AŞPA üzvlərinə də şamil olunur. Amma İrmingerin fikrincə, bu kifayət deyil və AŞPA-nın özünün də müəyyən qanunları olmalıdır.

İnsan haqları müdafiəçisi hesab edir ki, Avropa Şurasına üzv ölkələrin parlamentlərinin bu məsələ ilə bağlı tədbir görməsi daha vacibdir.

Pedro Aqramunt
Pedro Aqramunt

“İspaniya parlamenti parlamentin üzvü olan Pedro Aqramuntun illərdir Azərbaycan lobbisindən rüşvət almasına, Belçika parlamenti isə belçikalı qanunvericinin Azərbaycan hökümətinin onlara yolladığı bəyanatı təkrarlamasına göz yummamalıdır,” o söyləyib.

“Azərbaycanda baş verənlər normal hal deyil və davam edə bilməz. İndi biz Avropa Şurasının nə üçün bununla bağlı tədbir görmədiyini bilirik, çünki orada rüşvət hallarının olduğu ortaya çıxıb. Amma indi artıq işçi qrupu yaratmaq və Azərbaycan hökümətinə bildirmək lazımdır ki, Avropa Şurasının qanunlarına tabe olmasa, imtiyazlarını itirəcək.”

İrminger deyir ki, ancaq bunu etdikdən və nəticələrini gördükdən sonra ən son addım olaraq Azərbaycanı AŞ-dan kənarlaşdırmaq nəzərdən keçirilə bilər. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, belə bir addımın Azərbaycan vətəndaşlarına mənfi təsirləri ola bilər. Belə ki, Avropa Şurasına üzvlük sayəsində Azərbaycan vətəndaşları Avropa İnsan Haqları Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsindən faydalana bilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG