Accessibility links

Floridada silahlı hücum törədən 19 yaşlı Kruz kütləvi qətldə ittiham olunub


Florida məktəbində atışma
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Florida ştatının rəsmiləri 19 yaşlı gənci kütləvi qətldə ittiham edib. Məktəbdə atışma zamanı 17 nəfər dünyasını dəyişib, 16-dan çox şagird yaralanıb.

Məktəbin nizam-intizamla bağlı xaric olmuş keçmiş şagirdi Nikolas Kruz 17 nəfəri qətlə yetirmək və 16 nəfərə xəsarət yetirməkdə ittiham edilib.

O, müqavimət göstərmədən məktəbin həyətində həbs edilib və Brovard dairəsinin polis idarəsinə aparlııb.

Brovard dairəsinin şerifi Skott İsrael Kuzun AR-15 tipli avtomatlar silahlandığını deyib.

“Qatil Nikolas Kruzdur. O, həbsdədir və biz artıq onun sosial mediada veb səhifələrinin araşdırılmasına başlamışıq. Onun sosial mediada bəzi paylaşımları çox böyük narahatlıq doğurur.”

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı açıqlamalar verərkən atəş açan şəxsin təhlükəli olduğuna dair bir çox dəlillərin olduğunu bildirib və insanları belə hallar haqda məlumat verməyə çağırıb.

Florida ştatının qubernatoru Rik Skott hadisə qurbanlarının ailə üzləri ilə görüşüb.

“Mən öz qızımla söhbət etmişəm və əminəm ki, başqa valideynlər də eyni işi görüb və belə bir sual veriblər:`mənim uşağım məktəbdə təhlükəsizdirmi? Onun getdiyi yer təhlükəsizdirmi? Mən bilirəm ki, bizim hüquq-mühafizə orqanlarımız hər bir uşağın təhlükəsizliyinin təmin edilməsi üçün nə lazımdırsa, onu edir. Biz bu hadisənin nəticələri, bundan nə öyrənməli olduğumuzu və bunun bir daha baş verməməsi üçün nə etməli olduğumuzu düşünməliyik.”

Florida ştatının baş prokuroru ştatın hadisə qurbanlarının dəfni və onların ailələrinə yardım xərclərini öz üzərinə götürdüyünü bildirib.

XS
SM
MD
LG