Accessibility links

Floridada çökmüş bina altından daha bir cəsəd aşkar edilib


Florida ştatının xilasetmə işçiləri şənbə günü 12 mərtəbəli yaşayış binasının çökməsindən üç gün sonra beşinci şəxsin cəsədini aşkar edib. Miami-Dade meri Daniella Levin Kava 156 nəfərin itkin düşdüyünü bildirib.

İşçilər Champlain Towers kompleksinin cənub binasında sağ qalanları tapmaq üçün xilasetmə itləri və hidrolokatorlardan istifadə edir.

"Bizim əsas prioritetimiz axtarış və xilasetmə və bacardığımız qədər insanları xilas etməkdir" - deyə, Kava bildirib.

The Miami Herald qəzetinin yazdığına görə, Levin kara 40 yaşından yuxarı və beş mərtəbədən daha yüksək olan bütün yüksək mərtəbəli binalarda dərhal audit keçiriləcəyini elan edib. Buraya Champlain Towers tərəfindən inşa edilən tikililərin yoxlanışı da daxildir.

Champlain Towers sakinləri könüllü təxliyəyə başlayıb.

Binalar Florida ştatının Mayami şəhərinin Surfside bölgəsi ətrafındadır.

Kava dağıntılar altındakı yanğının insanları tapmaq və xilas etmək səylərinə mane olduğunu demişdi. Surfside Bələdiyyə Başçısı Çarlz Barkett yeraltı yanğına çox ehtimal ki, avtomobillərin yanacağının və mayesinin sızması səbəb olduğunu bildirmişdi.

New York Times qəzeti şənbə günü 3 il əvvəl hazırlanan mühəndislik hesabatında hovuz göyərtəsi altındakı beton plitə üzərində "böyük bir struktur ziyanının" olduğu bildirilib. Bundan əlavə, hesabatda binanın altında yerləşən qarajın divarlarında və sütunlarında “bol” çat və dağılma müşahidə edildiyi deyilir.

ABŞ prezidenti Co Bayden obyektdə fövqəladə vəziyyət elanını təsdiq edib.

"Ürəyim Surfside sakinləri ilədir, çünki itmiş yaxınlarına görə kədərlənən bu insanlar axtarış və xilasetmə işlərini həyəcanla gözləyir" - deyə, Bayden Twitter-də yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG