Accessibility links

Floridada gecə klubuna silahlı hücum 2 nəfərin ölümü ilə nəticələnib


ABŞ-ın cənub-şərqində yerləşən Florida ştatındakı gecə klubunda iki nəfərin ölümü ilə nəticələnən silahlı atışmadan sonra azı bir nəfər həbs edilib.

Ötən ay Floridanın Orlando ştatında geylərin gecə klubunda daha bir kütləvi atışma baş vermişdi və nəticədə 49 nəfər ölmüşdü.

Rəsmilər deyir ki, bazar ertəsi Floridanın körfəz sahilinə yaxın Fort Mayer şəhərindəki "Club Blu" gecə klubunda baş verən hücum nəticəsində 14 nəfər yaralanıb. Onların bəzilərinin vəziyyətləri ağırdır.

Polisin yaydığı bəyanatda “onların ərazidə hücumla əlaqəsi olan başqa şəxsləri tapmaq üçün axtarışları davam etdirikləri” bildirilir.

Ötən ay Floridanın Orlando ştatında geylərin gecə klubunda daha bir kütləvi atışma baş vermişdi və nəticədə 49 nəfər ölmüşdü. Bu isə silahalra nəzarət qanunlarını 2016-ci il prezidnt seçkilərində gündəmə gətirmişdi.

Kütləvi qətl halları silah gəzdirmək hüququ ətrafında gedən debatları qızışdırıb.
Kütləvi qətl halları silah gəzdirmək hüququ ətrafında gedən debatları qızışdırıb.

Ən son rəy sorğuları göstərir ki, daha çox amerikalı sərt silahalra nəzarət qanunlarının tətbiq edilməsinin lehinə olsa da, qanunvericilərin bu qanunlara dəyişiklik edəcəklərinə skeptik yanaşırlar.

Associated Press Gfk sorğusunun nəticələri amerikalıların özlərini təhlükəsiz hiss etmədiklərini, özləri və ya yaxınlarının silah zorakılığının qurbanı olacağından narahat olduqlarını göstərir.

XS
SM
MD
LG