Accessibility links

Florida məktəbindəki hücumun şahidləri prezident Trampla görüşüb [Video]


Florida məktəbindəki hücumun şahidləri prezident Trampla görüşüb
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Birləşmiş Ştatlar prezidenti Donald Tramp son 20 ildə Amerika məktəblərində həyata keçirilən silahlı hücumlarının şahidləri olan tələbələr, onların valideynləri və müəllimləri ilə görüşüb. Ağ Evdə keçirilən götüşdə əsas diqqət tələbələrin təhlükəsiliyinə yönəlib.

Prezident Tramp, vitse-prezident Mayk Pens və təhsil naziri Betsi DeVos bir həftə əvvəl Florida ştatının Parklend şəhərindəki məktəbdə silahlı hücumun şahidi olan şagid və müəllimlərin dəhşətli hadisə ilə bağlı məlumatlarını dinləyib.

“Mən ən yaxın, mənə qardaş kimi olan dostumu itirdim və mən buraya onun deyə bilmədiklərini demək üçün gəlmişəm” deyə, şagirdlərdən biri bildirib.

Digəri isə “Bu, təkcə Parklend haqda deyil, bu, Amerika haqdadır. Bu, hər şəhərdəki məktəbin hər şagirdi haqdadır” deyib.

Müxtəlif məktəblərdə baş verən silahlı hücumlar zamanı uşaqlarını itirən valideynlər rəsmilərə müraciət edərək, 1999-cu ildə Kolumbiya məktəbində, 5 il əvvəl isə qurbanların çoxu 6-7 yaşlarında uşaqlar olan Konnektikut məktəbində təhlükəsizliklə bağlı heç bir irəliləyiş olmadığını bildiriblər. İllər əvvəl qızı məktəbdə öldürülən ata: “19 il əvvəl mən burada bəzi rəsmilərlə görüşdüm, çünki mənim qızım Reyçel öldürülmüşdü.

Görüş iştirakçıları ölümlə nəticələnən hücumların qarşısının alınması üçün əqli problemi olan tələbələrin qayğısına qalınması, tələbələrin təhlükəsizliyinin qorunması və silahlara nəzarətlə bağlı daha kəskin qaydalar tətbiq edilməsi ilə bağlı tələblər irəli sürdülər.

Bəzi tələbələr prezident Trampın pulemyotlar qədər ayış qabiliyyəti olan alovlu tüfənglərin yasaqanmasına dair qanunu imzalamsını alğışlasa da, bunun kifatət etmədiyini bildirib. silah əldə edilməsi qanunlarını kəskinləşdirən İsrail və Avstraliya nümunə göstərilərək, ABŞ-da spirtli içkilərin 21 yaşında, silahların isə daha erkən yaşlarda əldə edilməsi tənqid edilib. Tədbirdə müxtəlif təkliflər isrəli sürülüb. Lakin onlar bir nəfər kimi Trampın öz səlahiyyətlərindən istifadə edərək, dəyişiklik etməsinin vacibliyində ortaq zəmin əldə edib.

Tramp hücumlara tez bir zamanda cavab verilməsi üçün müəllimləri silahlandırmaq kimi qeyri-populyarlar addımlar da daxil edilməklə, məktəblərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün imkanları nəzərdən keçirəcəyini vəd edib. “Silah alan şəxs haqda məlumat toplamaq gərəkdir. Biz bu yolda çox iş görəcəyik və bu kimi ideyalardan istifadə edəcəyik” deyə, cənab Tramp bildirib.

Tramp bu məsələni müzakirə etmək üçün yaxın zamanda ştat qubernatorları ilə görüşəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG