Accessibility links

Florida sakinləri evlərinə geri dönür


Çərşənbə günü ABŞ-ın Florida ştatında daha çox insan evərinə dönə biləcək və beləcə İrma qasırğasının yaşadıqları ərazilərə vurduğu ziyanı görəcək.

Monro Qraflığının Florida Kisin şimal ərazilərində yaşayan insanların evlərinə geri dönmələrinə icazə verəcəyi gözlənilir, lakin digər adalar hələ də bağlıdır, çünki onlara aparan əsas avto-magistral dağılıb.

ABŞ hökümət rəsmiləri adaların çoxunda elektrik və su təchizatının eləcə də telefon xidmətlərinin kəsidlyini bildirir.

Hələ ki, Kisin bəzi sakinləri evlərinə dönə bilmədikləri üçün üzgündür.

Rəsmilər deyir ki, Kisdəki bir çox adanı birləşdirən 42 körpüdə artıq yoxlanış işləri başa çatıb və onların təhlükəsiz olduğu təsbit edilib.

Floridanın qubernatoru Rik Skot və digər ştat rəsmiləri ümumi ziyanın İrmanın keçən həftə şərqi Karib adalarına vurduğu zərərdən daha az olduğuna görə sevinclərini ifadə edib. Karib adalarında İrma qasırğası nəticəsində ölənlərin sayı isə 25-ə çatıb.

XS
SM
MD
LG