Accessibility links

Florida Ki: Dağıdılmış evlər, möhkəm ruh [Video]


Florida Ki: Dağıdılmış evlər, möhkəm ruh
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Rəsmilər Floridanın Ki adalarının sakinlərinin təxliyəsi göstərişi verəndə, bəzi sakinlər qalmaq qərarı verdilər. Bir qrup bu qərarı digərlərinə yardım etmək üçün, digərləri isə qasırğaya tab gətirəcəklərinə düşünərək verdilər.

“Bu, yanından keçən qatar kimi səs verirdi. Sadəcə dayanmaq bilmirdi…”

“Həmin dəhşətli küləklərin səsini hələ də eşidirəm.”

Ki adalarını birləşdirən magistral açılan kimi sakinlər geri döndülər və qasırğanın vurduğu zərərləri ürək ağrısı ilə qarşıladılar.

“Bu kifayət qədər ağır idi. Mən heç zaman bu qədər pis olacağını düşünmürdüm. Amma həqiqətən çox pisdir.”

“Təbii fəlakətdən sonra ilk dəfə evə qayıtmaq istənilən yerli üçün çox ağırdır. Təkcə maddi zərərə görə yox. Qonşularının, dostlarının, ailə üzvlərinin həyatının birdəfəlik dəyişdiyini görmək çətindir.

“Buralar bizim ikinci evimizdir. Amma bəzilərimiz bura həmişəlik köçmüşük. Bura həmin insanların evi idi. O evlərdən heç nə qalmayıb.”

“Burada üç nəsil yanğınsöndürənlər olub. Mənim babam və əmim də daxil olmaqla…”

Billi Kinin treyler parkında yerləşən evi məhv olub. O özünü Florida Ki adalarının işçi qüvvəsi kimi təqdim edir və federal höküməti tezliklə yardım etməyə çağırır.

“Biz bu əraziləri yenidən tikəcək insanlarıq. Heç kim Mersedeslə bura gəlib, hər şeyi yenidən tikən deyil. Tikən biz olacayıq, ona görə də tezliklə bu işə başlamalıyıq.”

Diksi Kristal Metyus, evin yaxınlığında dalğalanan Amerika bayrağına baxır. Bu, onun üçün yardımın yolda olduğu işarəsidir.

“Bu dünyanın ən gözəl bayrağıdır və mən onu sevirəm. Biz bilirik ki, hər şey yaxı olacaq.”

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG