Accessibility links

Florida xəstəxanalarında koronavirus xəstələri üçün çarpayı çatmır


ABÇ-ın cənub Florida ştatı bazar ertəsi 45 xəstəxanasında reanimasiya çarpayılarının olmadığı bildirib, belə ki, koronavirusa yoluxma hallarının həddən artıq çox olması ölkənin səhiyyə sistemini zərbə altında qoyub.

Keçən həftə ştatda hər gün 10 mindən çox, bazar günü isə 12 min yoluxma halının qeydə alındığı bildirilib.

Mayami bölgəsi xüsusilə ağır vəziyyətdədir. Ştatın 45 xəstəxananın 9-u Mayami-Deyd mahalında yerləşir.

Mayami şəhərinin meri Frensis Suarez bazar ertəsindən etibarən daha sərt cəza, ictimai yerlərdə maska taxmayan hər kəs ilk dəfə 50 dollardan başlayaraq, təkrar olunarsa 500 dollara qədər cərimə tətbiq etməyə başlayıb.

Ölkənin başqa bir tərəfində, Los-Anceles şəhərinin meri Erik Qarcetti bazar günü ölkənin ikinci ən böyük şəhərində yenidən `evdə qal` göstərişi verilməsinə məcbur ola biləcəyini deyib.

Qarcetti Tramp administrasiyasını xəstəliyə qarşı mübarizədə milli liderliyin olmamasını deməkdə ittiham edib.

“Bu, birləşmək əvəzinə siyasiləşdi. Bizə yardım lazım olanda özbaşına qaldıq. Bunun marafon halı alacağını bilirdik. İnsanlara bunun tezliklə başa çatacağını deməyin. Əgər biz bir millət olaraq milli liderimizlə bir araya gəlməsək, daha çox insanın öldüyünü görəcəyik" - deyə, Qarcetti bazar günü CNN kanalına bildirib.

Amerika Birləşmiş Ştatlarında bazar günü 500-dən çox ölüm və 63 min təsdiqlənmiş yoluxma galı qeydə alınıb və bu günə qədər ölkə hər iki kateqoriya üzrə dünyaya liderlik edir.

XS
SM
MD
LG