Accessibility links

Yuxarı sinif şagirdi "Floridada ikinci raund" postu ilə əlaqədar nəzarət altına alınıb


Cənubi Karolinada yuxarı sinif şagirdi Snapchat-da "Floridada ikinci raund" postu ilə əlaqədar nəzarət altına alınıb. Ona qarşı məktəblərdə təşviş yaratmaq ittihamı irəli sürülüb.

Spartanburq qraflığının polis idarəsinin sözçüsü Kevin Bobo bildirib ki, Brum Məktəb şagirdlərinin valideynləri sosial mediada yayılan bu postla bağlı məlumatı polisə çatdırıb.

Bobo saytda maskalı şagirdin əlində alovlu silahla təsvirinin göstərildiyini deyib.

Şagirdlər təsvirin zarafat mahiyyətli olduğunu bildirib.

Spartanburq Məktəb Dairəsinin sözçüsü Şerri Horton isə bunun ciddi qəbul edildiyini deyib.

O bildirib ki, Floridanın Parklend şəhərində 17 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra bu mesajın yayılması təhdid qaynağı hesab edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG