Accessibility links

Florida qubernatoru yetkinlik yaşına çatmayanlar üçün ölkədə ən məhdudlaşdırıcı sosial media qadağalarından birini imzalayıb


Floridada ştatın Respublikaçı qubernatoru Ron DeSantis tərəfindən bazar ertəsi imzalanan qanun layihəsinə əsasən, gözlənilən hüquqi çətinliklərə tab gətirə bilsə, azyaşlılar üçün ölkənin ən məhdudlaşdırıcı sosial media qadağalarından biri qüvvəyə minəcək.

Qanun layihəsinə əsasən, 14 yaşından kiçik uşaqlar üçün sosial media hesabları qadağan ediləcək və 15 və 16 yaşlı uşaqlar üçün valideyn icazəsi tələb ediləcək. Bu təklif DeSantisin bu ayın əvvəlində, illik qanunvericilik sessiyasının bitməsinə bir həftə qalmış veto qoyduğu təkliflə müqayisədə bir qədər yumşaldılıb.

Yeni qanun Respublikaçı Spiker Paul Rennerin qanunvericilikdə əsas prioriteti idi. O, yanvarın 1-dən qüvvəyə minir.

"Beyin inkişaf edən zaman bir uşaq bu asılılıq yaradan texnologiyalara cəlb olunduğunu bilmək və zərərini görüb ondan uzaqlaşmaq qabiliyyətinə malik deyil və buna görə də biz onun üçün addım atmalıyıq" – deyə, Renner Ceksonvill məktəbində keçirilən qanun layihəsinin imzalanması mərasimində deyib.

DeSantisin veto qoyduğu qanun layihəsində valideynlərin razılığından asılı olmayaraq, 16 yaşından aşağı olan yetkinlik yaşına çatmayanların populyar sosial media platformalarına girişini qadağan edilməsi nəzərdə tutulurdu. Lakin vetodan əvvəl o, qubernatorun narahatlıqlarını azaltmaq üçün Rennerlə kompromisə dil üzərində işləyib və DeSantisə ikinci qanun layihəsi göndərilib.

ABŞ-ın bir neçə ştatında oxşar qanunvericilik nəzərdən keçirilib. Arkanzas ştatında federal hakim avqust ayında yetkinlik yaşına çatmayanların yeni sosial media hesabları yaratmaq üçün valideynlərin razılığını tələb edən qanunun icrasını bloklayıb.

Floridada tərəfdarlar qanun layihəsinin hüquqi çətinliklərə tab gətirəcəyinə ümid edirlər, çünki qanun sosial media formatlarının məzmunundan daha çox, bildiriş siqnalları və avto-pley videolar kimi asılılıq yaradan xüsusiyyətləri qadağan edəcək.

Renner sosial media şirkətlərinin “bunun imzalanmasından sonra bizi məhkəməyə verəcəyini gözlədiyini” deyib. “Amma bilirsiz? Biz onları məğlub edəcəyik. Biz onları məğlub edəcəyik və heç vaxt, heç vaxt dayanmayacağıq”, o deyib.

Qanun layihəsi böyük səs çoxluğu ilə hər iki palatadan keçib, bəzi demokratlar tədbiri dəstəkləyən respublikaçı əksəriyyətə qoşulublar. Müxaliflər bunun konstitusiyaya zidd olduğunu və hökumətin valideynlərin uşaqları ilə bağlı verdikləri qərarlara müdaxilə etməməli olduğunu irəli sürüblər.

"Bu qanun layihəsi valideynlərin hüquqlarını əlindən almaq üçün çox uzağa gedir", Demokrat Nümayəndə Anna Eskamani mətbuata açıqlamasında deyib. "Sosial mediaya çıxışı qadağan etmək əvəzinə, Floridanın psixi sağlamlıq sistemlərinə və proqramlarına böyük investisiyalar qoymaqla yanaşı, təkmilləşdirilmiş valideyn nəzarəti vasitələrini, pis niyyətli şəxsləri dayandırmaq üçün məlumatlara çıxış imkanlarını təmin etmək daha yaxşı olardı", o bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG