Accessibility links

Corc Floyd bu gün dəfn edilir


Ailə üzvləri və dostları ABŞ-ın Hyuston şəhərində çərşənbə axşamı keçiriləcək özəl mərasimlə Corc Floydu son mənzilə yola salacaq. dəfn ediləcək.

İki həftə əvvəl Floydun polis nəzarətində ölümündən sonra ölkənin çox sayda şəhərində polis zorakılığına qarşı etiraz nümayişləri başlandı.

Mərasimdən sonra Hyuston polisi yaxınlıqdakı Pirland şəhərində anasının yanında dəfn ediləcəyi qəbiristanlığa qədər Floydun cənazəsini müşayiət edəcək.

Bazar ertəsi gecə Floydun xatirəsinin anılması məqsədilə Hyustonun bələdiyyə binası onun təhsil aldığı liseyin simvolu olan tünd qırmızı və qızılı rənglərə boyadılıb. Los-Anceles, Boston, Oakland, Las-Vegas, Nyu-York və digər şəhərlərdə də qırmızı və qızılı işıqlar yandırılıb.

Bazar ertəsi minlərlə insan Floydun xatirəsini anmaq üçün onun açıq tabutu qoyulan `The Fountain of Praise` kilsəsində olub. Mərasimlər eləcə də keçən həftə Minneapolisdə və Floydun anadan olduğu Şimali Karolinanın Reyford şəhərində keçirilib.

Texas ştatının Respublikaçı qubernatoru Qreq Abbott da bazar ertəsi keçirilən mərtasimdə iştirak edib. Kilsədən kənar jurnalistlərə verdiyi açıqlamalarda o, polis islahatı ilə bağlı müzakirələrə Floydun ailəsinin də qatılacağını deyib.

Floyd ailəsinin vəkili Bencamin Kramp prezidentliyə Demokrat Partiyasından namizəd Co Baydenin bazar ertəsi Hyustonda Floydun ailə üzvləri ilə bir saatdan çox görüşdüyünü bildirib.

Twitter səhifəsində Kramp yazıb ki, Bayden "ailəni dinlədi, ağrıları və kədərlərinə ortaq oldu."

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG