Accessibility links

Floyd Mayvezer Konor Makqreqor üzərində qələbə çalıb [FOTOLAR]


Peşəkar boksçu Floyd Mayvezerlə peşəkar MMA döyüşçüsü Konor Makqreqor arasında keçirilən görüş boksçunun qələbəsi ilə başa çatıb.

Floyd Mayvezer avqustun 26-da keçirilən döyüşdən sonra bununla karyerasına son vurduğunu bəyan edib.

“Xanımlar və cənablar bu gün axşam mənim son düyüşüm idi. Mən “rəqs eləmək” üçün münasib rəqib seçdim”,40 yaşlı boksçu deyib.

Amerikalı Floyd Mayvezer 29 yaşlı irlandiyalı Konor Makqreqorə 10-cu raundda texniki nokautla qalib gəlib.

Los Ancelesdə keçirilən bu döyüş Mayvezer üçün həm də tarixi görüş olub.

O, bu görüşdən sonra 50 görüşdə 50 qələbə ilə əfsanəvi amerikalı boksçu Roki Marsianonun rekordunu qırıb.

Konor Makqreqor döyüşün əvvəlində üstün görünsə də peşəkar boksçu təxminən 4-cü raundan sonra təşəbbüsü əlinə almağa başlayıb.

XS
SM
MD
LG