Minlərlə fələstinli öz aralarındakı kəskin siyasi fərqləri bir kənara qoyaraq İsrailin yaranmasının ildönümünü matəmlə qeyd edirlər. “Nakba”, yəni “Fəlakət” adlandırdıqları hadisənin ildönümünüdə Qəzza şəhərində rəqib Fələstin fraksiyaları Hamas və Fatahın üzvləri birlikdə addımlayaraq Fələstin bayraqları dalğalandırmışlar. Onlar həmçinin əllərində didərgin düşmüş evlərinin simvolu olan iri açar gəzdirmişlər. Qərb Sahilinin fələstinlilər yaşayan qəsəbələr və kəndlərində sirenalar səsləndirilib. 1948-ci ildə baş verən Ərəb-İsrail müharibəsi zamanı 700 min fələstinli evlərindən didərgin düşüb.
“Nakba”, yəni “Fəlakət” adlandırdıqları hadisənin ildönümündə Qəzza şəhərində rəqib Fələstin fraksiyaları Hamas və Fatahın üzvləri birlikdə addımlamışlar