Accessibility links

Uşaqlara qrip peyvəndi edilməsi məsləhət görülür


Uşaqlara qrip peyvəndi edilməsi məsləhət görülür
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Çoxları qrip xəstəliyini soyuqdəymə ilə əlaqələndirir. Onlar qripin həyat üçün təhlükəli fəsadlarını ağıllarına gətirmirlər. Keçən il şimal yarımkürəsində qrip mövsümü çox ağır keçdi. Birləşmiş Ştatlarda 180-ni uşaq olmaqla, qripdən 80 minə yaxın insan ölüb. Bu il isə Florida ştatında bu xəstəlikdən 1 uşaq ölüb.

Uşaqlar xəstəliyi asanlıqla yaya bilir. Eren Makmaykl: “Əgər uşaqlardan biri xəstələnirsə, həyat yoldaşım və mən bunun o birilərinə keçməmələrinə ümid edirik. Lakin onlardan biri buna yoluxur.”

Adətən uşaqlar iynəni sevmir. Bu uşaqlar isə bunun nə üçün edildiyini bilir. Brayden: “Xəstə olmaqdansa, iynə yaxşıdır.”

Hanna: “Bu, qripdən qorunmağa yardım edir və sən mətkəbdə xəstəliyini digər uşaqlara yoluxdurmursan.”

Florida xəstəxanası valideynlər arasında araşdırma aparıb və müəyyən edib ki, valideynlərin çoxu peyvənd haqda yanlış məlumatlandırılıb. Orlandonun Palmer Uşaq Xəstəxanasının həkimi Cin Morcani: “Həkimlər qrip peyvəndlərini ona görə məsləhət görür ki, araşdırmaların nəticələri bunun siz özünüz və ailəniz üçün qripə qarşı ən yaxşı vasitə olduğunu göstərib.”

Sorğuların nəticələri göstərib ki, valideynlərin üçdə biri peyvəndin kömək etmədiyini düşünür. Yarıdan çoxu uşaqlarının peyvənd vurulduqdan sonra xəstələndiyini deyir ki, bu qətiyyən doğru deyil. “İstifadə edilən virusun yarısı tamamilə ölüdür, yəni siz qrip peyvəndindən qripə yoluxa bilməzsiniz” deyə, Cin Morcani bildirir.

Eləcə də araşdırmaların nəticələri 28 faiz valideynin qrip peyvəndinin uşaqlarda autism əmələ gətirdiyini düşündüyünü göstərib. Cin Morcani: “Siz qrip vaksinindən autistik ola bilməzsiniz. Belə olsaydı, həkimlər bunu məsləhət görməzdi.”

Alimlər bu il qripin hansı formasının yayılacağını müəyyən etməyə çalışır. Lakin onların fərziyyələri səhv olsa belə, qrip peyvəndi bəzi qoruma qüvvəsinə malikdir. “Sizə qrip vaksini vurulandan sonra orqanizminiz düşünür “qrip virusuna tutulmamaq üçün mənim orqanizmim əks cisimlər istehsal etməlidir”. Yəni qripə qarşı peyvənd sizi az da olsa qoruya bilir.”

Yoluxucu xəstəliklər üzrə ekspertlər qrip peyvəndinin xəstəlik mövsümü başlanmazdan əvvəl edilməsini məsləhət görür. Eyni şey böyüklərə aiddir. Vaksinlər böyükləri qoruduğu kimi vaksin almağa yaşı çatmayan körpələri də qoruyur.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG