Böyük Britaniya amerikalı jurnalist Ceyms Folinin başını kəsən və britaniyalı olduğu ehtimal edilən İslam Dövləti döyüşçüsünün kimliyini müəyyənləşdirməyə yaxın olduğunu bildirib.
Britaniyanın ABŞ-dakı səfiri Peter Vestmakot CNN-ə bildirib ki, Britaniya videoda göstərilən qatilin kimliyini müəyyən etmək üçün "təkmilləşdirilmiş texnologiyalar"dan və səs müəyyənedicilərdən istifadə edir.
The Sunday Times qəzetinin məlumatına görə, kəşfiyyat agentləri cihadçını müəyyən edə biliblər, ancaq mənbələr həmin şəxsin adını müəyyənləşdirə bilmir.
Videoda ingiliscə London ləhcəsində danışan İslam Dövləti döyüşçüsü ABŞ prezidenti Barak Obama İraqa hava hücumlarını dayandırmasa ikinci amerikalı Steven Sotloffun da öldürüləcətini bildirir. Bu təhdidə baxmayaraq ABŞ hərbi təyyarələri İslam Dövləti döyüşçülərinin hədəflərini bombalamağa davam edir.