Accessibility links

Ford Motor şirkətinin bölməsinin prezidenti vəzifəsindən uzaqlaşdırılıb


Raj Nair Ford Motor şirkətinin Amerikanın şimalındakı bölməsinin prezidenti vəzifəsindən şirkətin davranış qaydalarını pozduğuna görə uzaqlaşdırılıb.

Ford şirkəti Nairin vəzifəsindən kənarlaşdırıldığını bəyan edib. Lakin avtomobil şirkəti ona işini itirməsinin detallarını açıqlamayıb.

Şirkətin sözçüsü araşdırmaların bir neçə həftə əvvəl şirkətə ədəbsiz davranış barədə məlumat daxil olduqdan sonra başladıldığını bildirib.

Nairin vəzifəsindən kənarlaşdırılması bir neçə yüksək səviyyəli iş adamının seksual təcavüz ittihamları ilə bağlı istefa vermələrindən və ya vəzifələrindən kənarlaşdırılmasından sonraya təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG