Sabiq ABŞ Prezidenti Donald Trampın çərşənbə günü rəsmi olaraq saxlanılaraq, məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Bu ilk dəfədir ki, Ağ Evin keçmiş rəhbəri cinayət ittihamları ilə üzləşir.
Nyu Yorka böyük münsiflər məhkəməsi cümə axşamı ABŞ tarixində presedenti olmayan bir addımla Tramı 2016-ci il prezident seçkisində porno ulduza pul ödəməkdə ittiham edib.
Bir müddətdir gözlənilər bu ittihamlar Tramp 2020-ci ildə prezident seçkisində məölub olandan sonra yenidən namizədliyini irəli sürdüyü bir vaxta təsadüf edir. Bununla da o, ittiham edilən ABŞ-ın ilk keçmiş prezidenti oldu.
İttiham aktı hələ ki, möhür altındadır və Trampın hansı və neçə cinayət aktında ittiham edildiyi hələ ki, məlum deyil. CNN xəbər verir ki, sabiq prezident 30-dan çox maddə üzrə ittiham olunub. VOA bu məlumatı təsdiqləyə bilməyib.
Manhetten Dairə prokuroru Alvin Braqın ofisi bəyanatında Trampın “Ali Məhkəmənin ittiham aktına uyğun olaraq Manhetten Dairə prokurorluğuna təslim olunmasını koorninasiya etmək üçün” onun vəkilləri ilə əlaqə saxladığını bildirib.
Floridada yaşayan Tramp təslim olmaq üçün Məxfi Xidmət mühafizəçiləri ilə birlikdə Nyu Yorka səfər etməlidir.
Saxlandıqdan sonra onun barmaq izləri alınacaq, şəkli çəkiləcək, daha sonra isə hakim qarşısına çıxarılaraq, ittiham aktı təqdim olunacaq. Bunun ardından o, növbəti məhkəmə iclaslarına qatılacağına söz verən sənədi imzalayaraq, sərbəst buraxılacaq.
Bir neçə media orqanı, adını açıqlamadıqları mənbələrə istinadən bildirib ki, Tramp Nyu Yorka bazar ertəsi uçmağı, gecəni Trump Tower-də qalıb, çərşənbə axşamı məhkəməyə çıxmağı planlaşdırır.
Cümə günü Məxfi Xidmət və Nyu York Polis Departamentindən rəsmiləri Trampın çıxarılacağı gözlənilən məhkəməni ziyarət edərək, oradakı təhlükəsizlik planlarını müzakirə ediblər.
Trampın vəkili Susan Neçels Reuters-ə bildirib ki, sabiq prezident təqsirli olduğunu etiraf etməyəcək.
“Mən baş verəcəklərdən qorxmuram,” Tramp cümə günü fandreyzinq məqsədli elektron məktubunda yazıb.
Trampın kampaniyası fandreyzinq səyləri çərçivəsində bu ittihamlardan istifadə edib və ittihamlar elan ediləndən 24 saat ərzində 4 milyondan çox pul topladığını bildirib.
Truth Social (Sosial Həqiqət) adlı sosial media platformasında Tramp onun işinə baxacağı gözlənilən hakim Huan Merçanı tənqid edib. O, cümə günü yazıb ki, hakim “MƏNDƏN NİFRƏT EDİR” və ötən il şikətinin vergi fırıldaqçılığına görə mühakimə olunduğu məhkəmə işində Tramp Təşkilatı ilə “AMANSIZ” rəftar etmişdi.
Tramp cümə axşamı bəyanatında bu işdə təqsirinin olduğunu inkar edib və ittihamları Demokartların başçılığını ilə onun “Amerikanı Yenidən Möhtəşəm Et” kampaniyasının məhv etmək üçün uzun müddətdir aparılan ifritə ovunun bir parçası adlandırıb.
“Bu, siyasi təqib və tarixin ən yüksək səviyyəsində seçkiyə müdaxilədir,” sabiq prezident yaxıb. “Demokratlar “Trampı tutun” vəsvəsəsi ilə yalan danışıblar, fırıldaqçılıq ediblər, oğurluq ediblər, ancaq indi ağlasığmaz şeyi etdilər - seçkiyə açıq müdaxilə hərəkəti ilə tamamilə günahsız bir şəxsi ittiham etdilər.”
Tramp deyib ki, ittiham aktı onun namizədliyinə ziyan vurmaq əvəzinə “[Prezident] Co Baydenə ağır şəkildə əks təsir göstərəcək.”