Accessibility links

Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub


"Red Bull Racing" komandasının pilotu Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub.

"Mercedes"in pilotu Valtteri Bottas finiş xəttini ikinci, "Williams"ın sürücüsü Lans Stroll isə üçüncü keçiblər.

Beş pilot isəmübarizəni vaxtından əvvəl dayandırıb.

"Renault"un pilotu Colian Palmerin bolidinin tüstülənməsi, Daniil Kvyatın ("Toro Rosso") və Maks Ferstappenin (“Red Bull Racing”) bolidlərinin mühərrikində problem yarandığından yarışdan kənarlaşıb.

"Force İndia"nın pilotları Serxio Peresin və Esteban Okonun toqquşması nəticəsində birinci yarışı dayandırmalı olub.

"Williams"ın pilotu Felipe Massanın da bolidində nasazlıq yaşandığından mübarizəni dayandırıb.

XS
SM
MD
LG