“Fortune” jurnalında dünyanın ən nüfuzlu 50 qadınının adı açıqlanıb. Siyahıya “General Motors” şirkətindən Meri Barra və “PepsiCo”dan İndra Noyinin adları da daxildir. Lakin “Fortune 500”-ün bu siyahısında latın-amerikalı icraedici direktoru Geyşa Villimas da olmaqla, yeddi yeni ad da görmək olar.
“Fortune” jurnalının buaykı nömrəsinin üz qabığında bu ilin ən nüfuzlu 50 qadını arasında yer alan İndra Noyinin şəkli yerləşdirilib. Bu 61 yaşlı qadın 63 milyard dollar gəliri olan dünyanın aparıcı şirkətlərindən biri, “PepsiCo”nun icraçı direktoru və sədridir.
Vaşinqtonda keçirilən 19-cü illik yığıncaqda iştirak edən xanım Noyi şirkətinin yeni pərakəndə satış qiymətlərinə uyğunlaşdığını deyib. “İmpulsla çalışan bizim kimi şirkətlər istənilən məhsulların istehsalı üçün müxtılif yollar axtarmalıdır. Bazarlada müşahidə edilən dəyişikliklərə görə ərzaq və spirtsiz içki şirkətlərinin rəhbərləri bu riskli vaxtda daha gərgin şəkildə işləməlidir.”
Noyinin adı siyahıda bir neçə dəfə olub, lakin “General Motors”un icraçı direktoru Mari Barra üçüncü ildir ki, jurnaldakı siyahıda birinci yerdədir.
“Fortune 500”ün builki siyahısına daxil olan 13 yeni ad arasında Kaliforniyanın ən böyük kommunal şirkətinin icraçı direktoru, Kubada anadan olmuş Geyşa Uilliamsın da adı var. “Mən hekayəmin xaricdə doğulan çox sayda insanda rezonans yaradacağını düşünürəm və bu ölkədə ingilis dili ikinci dili olan mənim kimi mühacirlərin mesajlarını çardıra bilməsi mümkündür".
Siyahıda 40-cı yerdə IBM - Beynəlxalq Biznes Maşınları Korporasiyasının bu yaxınlarda təsis etdiyi “Sənaye Platforması”nın vitse-prezidenti Bridcit Van-Kralincerdir. “Məsələn, zəncir şirkətlədə qida təhlükəsizliyinin müəyyən edilməsi cəmi iki saniyə sürür. Ən yaxşı şirkətlərdə bu 6 günlə 18 saat arasında müəyyən edilir. Təsəvvürünüzə gətirin 2 saniyədə 6 günlə müqayisədə nə qədər zəhərlənmə və ya israfçılıq müəyyən edilə bilər.”
Bu siyahıda kompüterdən tutmuş kommunal mallar, avtomobildən tutmuş pərakətdə satış malları istehsal edən şirkətlərdən olan insanların adları var.
İlk latin-amerikalı qadınla yanaşı siyahıda ilk afrika mənşəli amerikalı qadının da adını görmək olar. Burada “Home Depot” şirkətinin həmsədri Ann-Mari Kampbeld də yer alır. Qadınlar bu siyahının onlara daha yuxarı sıralara qalxmağa imkan verəcəyini deyirlər.