Accessibility links

Foto-bloger polisə çağırılıb (Audio)


Onun Eurovision zamanı şəkilləri beynəlxalq mediada dərc edilib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı, foto-bloger Mehman Hüseynov Bakının Səbayel rayon Polis İdarəsinə dəvət olunub. Mehman Hüseynov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, çağırış vərəqində polis idarəsinə hansı qismdə çağırılması barədə məlumat yoxdur. “bütün hallarda bu mənim son dövrlər aktiv foto-bloger fəaliyyətimlə bağlıdır. Çünki, Eurovision ərəfəsində çoxsaylı beynəlxalq media qurumları mənim şəkillərimdən və video çəkilişlərimdən istifadə edib. Mən “Demokratiya naminə mahnı” kampaniyası ilə bağlı da foto və videolar çəkmişəm”.

Cənab Hüseynov mayın 21-də İctimai Palatanın etiraz aksiyası zamanı polis əməkdaşının onun fotoaparatını, RATİ-nin digər əməkdaşının video kamerasını sındırdığını, qadınlara qarşı güc tətbiq etdiyini bildirib. O qarşılıqlı iddia ilə məhkəməyə müraciət edəcəyini deyib.

XS
SM
MD
LG