Əfqanıstan prezidenti Həmid Karzay Birləşmiş Ştatlara etdiyi dörd günlük rəsmi səfərindən sonra Britaniyanın yeni baş naziri Devid Kameronla görüşmək üçün Londona yola düşüb. Prezident Karzayın ofisinin açıqladığı məlumatda deylir ki, Əfqanıstan prezidenti Britaniyaya səfəri zamanı bu ölkənin liderləri ilə görüşəcək və əsas diqqət dövlətlər arasındakı strateji münasibətlrələ yönələcək. Əfqanıstan Birləşmiş Ştatlardan sonra ölkəsində yerləşdirilən xarici ordunun sayına görə ikinci yerdə olan Britaniyanın yeni hökuməti ilə təmas qurmağa çalışır.
Əfqanıstan prezidenti Həmid Karzay Britaniyaya səfər edir
Prezident Karzay Britaniyaya səfəri zamanı bu ölkənin liderləri ilə görüşəcək