Accessibility links

Əfqanıstan prezidenti ilə NATO generalı qəbilə ağsaqqalları ilə görüşmüşlər


Əfqanıstan prezidenti ilə NATO generalı qəbilə ağsaqqalları ilə görüşmüşlər
Əfqanıstan prezidenti ilə NATO generalı qəbilə ağsaqqalları ilə görüşmüşlər

Prezident Həmid Karzay və general Stenli Makkristal xalqa birlikdə fəaliyyət göstərdiklərini nümayiş etdirmişlər

Əfqanıstan prezidenti Həmid Karzay və Birləşmiş Ştatların Əfqanıstandakı NATO qüvvələrinin başçısı general Stenli Makkristal yaraqlılara qarşı həyata keçirilməsi nəzərdə tutulan əməliyyatlardan əvvəl birlikdə olduqlarını nümayiş etdirmişlər. Cənab Karzay və general Makkristal hələ keçən il Talibanın nəzarəti altındakı Kunduz vilayətində yüzlərlə qəbilə ağsaqqalı ilə görüşmüşlər. Bu gün keçirilən görüş son həftələr ərzində üçüncü görüşdür ki, burada tərəflər əks-qiyam strategiyasını nəzərdən keçirirlər. Bu il Bilrəşmiş Ştatlar Əfqanıstandakı Taliban yaraqlıları ilə mübarizə məqsədi ilə bölgəyə əlavə otuz min əsgəri qüvvə göndərir.

XS
SM
MD
LG